Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri



Yüklə 174,82 Kb.
səhifə37/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

Adobe Fotoshop proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanaşı, hazır təsvirləri təhlil etməkdir. Rəsmlərin çəkilməsini, fotoşəkil neqativlərinin düzəldilməsini, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim olunmasını, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar.


Bu proqram qrafiki təsvirlərinin kompüterdə emalı üçün mühüm rol oynayır. Bu rastr tipli redaktor olub həm Windows əməliyyat sistemində, həm də Macintosh əməliyyat sistemində geniş istifadə olunur. Bu proqramın imkanları aşağıdakılardır:

  1. Burada çox qatlı təsvirləri yaratmaq imkanları vardır. Burada təsvirin hər bir elementi ayrıca xüsusi qatda saxlana bilir, hansı ki, onları ayrıca redaktə etmək olur, onları lazım gəldikdə başqa qatlara yerləşdirmək olur.

  2. Mətnlə işləmək üçün təkmilləşmiş alətlərə malikdir. Proqramın son versiyalarında təsvirin istənilən sahəsinə mətni birbaşa şəklin üzərinə yerləşdirməklə mətn daxil etmək olar.

  3. 100-ə qədər müxtəlif filtrlərə və xüsusi effektlərə malikdir.

  4. Təsvirin konturlarının çəkilməsi və kəsilməsi üçün çoxlu sayda alətlərə malikdir.

  5. Təsvirlərin yüksək səviyyədə birləşdirilməsi, mətnlərlə işləmək imkanları.

  6. Çoxlu sayda qrafiki formatlarla işləmə imkanları

  7. Təsvirlərin ayrı-ayrı hissələrinin, sahələrinin qeyd olunması və rdaktəsi üçün xüsusi alətlərə malikdir.

  8. Təsvirə daxil edilmiş dəyişikliklərin çox pilləli ləğvi imkanları

Bu proqram VEB-səhifələri asan və tez formalaşdırmağa kömək edir, oraya qrafika yerləşdirməyə, onları fraqmentlərə bölməyə və cədvəl tərtibatını yerinə yetirməyə imkan verir. Bu proqram VEB-səhifələrin yaradılması üçün tam kifayət deyil, lakin o bir çox məsələləri avtomatlaşdırmağa və sadələşdirməyə kömək edir.

Adobe Fotoshop qrafik redaktorunda şəkil çəkmək, konturları kəsmək, təsviri çərçivəyə, haşiyəyə almaq üçün onlarla alətlərvardır. Burada düzbucaqlı çərçivə və dairəvi sərhədli çərçivə, ellips, xətt, ixtiyari kontur imkanları vardır.

Təsvirləri yaratdıqda rastr və vektor elementlərinin kombinasiyalarından geniş istifadə olunur. Bu proqramın son versiyalarında artıq vektor redaktorunun imkanları da daxil edilmişdir. Belə ki, rastr və vektor redaktorların kombinasiyası əksər hallarda lazım olur.
Təhlil ediləcək təsvirləri kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə daxil etmək istifadəçi üçün əlverişlidir. Fotoshop proqramındakı çoxlu sayda alətlərdən istifadə edərək təsvirdə yaranmış bütün qüsurları tamamilə aradan qaldırmaq mümkündür. Proqramda önəmli işlərdən biri təsvirin müəyyən hissəsinin seçilməsi və seçim aparılmış sahənin üzərində müəyyən əməliyyatların həyata keçirilməsidir.


Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin