Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri


Təsvirlərin yaradılması və emalı proqramları



Yüklə 174,82 Kb.
səhifə44/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   40   41   42   43   44   45   46   47   ...   53
Təsvirlərin yaradılması və emalı proqramları
Gündəlik həyatda biz adətən təsvirlərin iki növü ilə rastlaşırıq:

  1. Xüsusi alətlərdən istifadə etməklə müstəqil yaradılan şəkillər.

  2. Fotoqrafiya- bunlar fotoapartın pəncərəsi ilə qeyd olunan reallığın dəqiq obrazı, nüsxəsidirlər.

Kompüter qrafikası da həmin növ illyustrasiyalarla işləyir. Burada fotoqrafiya rastr qrafikası adlanır, şəkillər isə - vektor qrafikası adlanır.

Vektor qrafikası (Belə qrafikalar .CDR, .Aİ formatlı təsvirlərdir). Bu riyazi düsturla təsvir edilə bilən qrafiki obyektlərin köməyi ilə yaradılmış şəkildir. Bu şəkilləri yaratmaq üçün xüsusi proqramlardan istifadə olunur. Belə proqramlara misal kimi CorelDraw, Adobe İllustrator proqramlarını göstərmək olar. Hər bir vektor təsviri çoxlu sayda obyektlər çoxluğundan ibarət olur. Məsələn, əyrilərdən, düz xətlərdən, həndəsi fiqurlardan və s. Belə təsvirlər vektor qrafiki proqramları vasitəsilə vahid, tam şəkil kimi görünür. Vektor redaktoru əsasən tərtibat işlərində istifadə olunur. Lakin təcrübəli istifadəçilər bunlardan real təsvirlərin yaradılmasında da istifadə edirlər.

Vektor qrafikasını, rastr qrafikasından fərqli olaraq yaratmaq çətindir. Lakin redaktə etmək çox asandır. İstənilən anda bu və ya digər rəsmin konturunu dəyişmək olar, daxili rəng dolumunu dəyişmək olur.

Nəşriyyat işində vektor qrafikası əsasən gözəl mətn tərtibatı tələb edən reklam elablarını hazırlayanda istifadə olunur. Kompüter şrifləri də həmçinin vektorial obyektlərə aiddirlər.

Rastr qrafikası (Belə qrafikalar .JPG, .BMP, .TİF, .GİF, .PNG formatlı təsvirlərdir). Bu formatlar hazır təsvirləri yaddaşda saxlamaq üçün ən çox istifadə olunan formatlardır. Belə şəkilləri kompüter təsvir edən zaman artıq mürəkkəb obyektlərə deyil, adi fotoqrafiyada olduğu kimi ayrı-ayrı nöqtələrə əsaslanır.

TİF- təsvirləri bu formatda saxlayanda hüç bir sıxma metodundan istifadə etmirlər və bu format vasitəsi ilə orijinalın saxlanan nüsxəsinə uyğun olan mümkün qədər maksimal keyfiyyət dərəcəsi əldə etmək olar. Buna görə də TİF- professional dizayn işində yüksək keyfiyyətli təsvirləri saxlamaq üçün yeganə format sayılır.

JPG – Əgər şəklin ölçüsü keyfiyyətindən daha vacibdirsə, onda JPG formatından istifadə edirlər. Bu formatdakı şəkilləri on dəfələrlə sıxmaq olar.

GİF – bu format da rastr qrafikasının ən məşhurlarındandır. Bu rastr formatı əsasən İnternet üçün yaradılmışdır. GİF formatı istifadəçiyə istifadə olunan rənglərin parıltısını məhdudlaşdırmağa imkan verir. GİF formatı da qrafiki təsvirlərə yüksək sıxma imkanı verir.

Hər bir qrafika növü üçün müxtəlif qrafiki redaktorlar istifadə etmək lazım gəlir.

Rastr qrafikasını əsasən Adobe Fotoshop və Corel FotoPoint proqramları idarə edir, vektor qrafikasını isə CorelDraw və ya Adobe İllustrator proqramları idarə edir.




Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin