Rəng düzbucaqlısının daxilindəki markerin (nişanın) yerini dəyişməklə seçilmiş rəng çalarının dolğunluğunu və parlaqlığını dəyişmək olar. Düzbucaqlının yuxarı sol küncündə rəng maksimum yuyulmuş (demək olar ki, ağ) görünür. Aşağı sağ küncdə isə rəngin parlaqlığı minimal olur. Adobe Photoshop proqramında da rəngin dolğunluğunun və parlaqlığinin dəyişdirilməsi rəng sahəsi daxilində markerin (nişanın) yerinin dəyişdirilməsi ilə yerinə yetirilir. Paint qrafik redaktorunda rəng sahəsi rəng çalarını və dolğunluğu Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. Göy rəng yaratmaq üçün al-qırmızı və mavi rənglər əlavə etmək lazımdır. Rəng yaratmaq üçün üçölçülü koordinat sistemindən də istifadə etmək olar. Koordinat oxları mavi, al-qırmızı və sarı rəngləri tənzimləyir. Parlaqlıq
tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə imkan verir.
RƏNG MODELİ, RƏNG ÇALARI, DOLĞUNLUQ VƏ PARLAQLIQ ƏSAS NƏTİCƏLƏR
l.Rəng həm şüalanma, həm də əks etdirmə prosesində alına bilər.
Monitorlarda istifadə edilən additiv rəng modeli (RGB) üç əsas (qırmızı, yaşıl, göy) rəngə əsaslanır.
Qrafik redaktorlar adətən rəngi qırmızı, yaşıl və göy rənglərin hər birinin 256 çaları ilə formalaşdırmağa imkan verir. Odur ki kompüterin ekranında alina bilən rəng çalarlarının sayı 16 milyondan çoxdur.
Təsvirlərin çap edilməsi üçün nəzərdə tutulan subtraktiv rəng modeli əsas dörd rəngə (mavi, al-qırmızı, sarı və qara) əsaslanır.
Məlumatları RGB modelindən CMYK modelinə çevirmək üçün rəngayırma proqramı tətbiq edilir.
RGB və CMYK modellərində rəngin alınma təbiəti fərqlidir. Ona görə də ekranda görünən rənglərin hamısını olduğu kimi çap etmək olmur. Rənglər adətən kağıza nəzərən ekranda daha parlaq görünür.
Rəng əhatəsi rəng modeli ilə yaradıla bilən rənglərin məcmuyuna deyilir. Ən geniş rəng əhatəsi gözlə görünən bütün rənglər daxil olan natural əhatədir. Natural rəng əhatəsinə nəzərən RGB rəng əhatəsi daha dar, CMYK rəng əhatəsi isə RGB rəng əhatəsinə nəzərən daha dar əhatədir.
Adobe Photoshop, CorelDRAW və s. kimi bir sıra qrafik redaktorlar çap zamanı çap oluna bilməyən üç rəng çalarları haqqında informasiya verir.
mövcuddur. İO.RGB və CMYK rəng modelləri aparat təminatı ilə müəyyən edilən məhdudiyyətə əsaslanır. Rəngin şərh edilməsi üçün ən intuitiv üsul rənglərin çalar (Hue), dolğunluq (Saturation) və parlaqlıq (Brightness) formasıdır. Belə rəng sistemi üçün HSB abbreviaturasından istifadə edilir.