Rastr formatlara aid olan fayllarda aşağıdakı xarakteristikalar (parametrlər) saxlanılır: l.Təsvirin ölçüsü - üfqi və şaquli istiqamətlər üzrə təsvirdəki videopiksellərin sayı; 2.Bit dərinliyi - bir videopikselin rənginin saxlanması üçün istifadə edilən bitlərin sayı;
3.Təsviri şərh edən məlumatlar - hər bir videopikselin rəngi və digər əlavə informasiya.Müxtəlif formatlı rasr qrafika fayllarında bu xarakteristikalar fərqli üsullarla saxlanır.
Məsələn:Təsvirin ölçüsü ayrıca yazı kimi, təsvirdəki bütün videopiksellərin rəngi haqqında informasiya isə böyük bir məlumat bloku kimi saxlanır.Fotoqrafiya keyfiyyətinə malik olan yuksək buraxma qabiliyyəti olan (buraxılışlı) skanerlə alınan təsvir adətən yaddaşda bir neçə meqabayt (Mbayt) yer tutur.
Məsələn, 1766x1528 videopiksel ölçülü, istifadə edilən rənglərin sayı 16 777 216 və ya rəng dərinliyi 24 bit olan təsvir faylının həcmi
1766 x 1528 x 24 = 64762 752 bit,
və ya 64 762 752 : 8 = 8 432 844 bayt,
və ya 8 432 844 : 1024 = 8235,2 Kbayt,
və ya 8235,2 : 1024 = 8,04 Mbayt « 8 Mbayt təşkil edəcəkdir.
Rastr faylların saxlanması problemi faylların sıxılması ilə həll edilir. Faylların sıxılması prosesində məlumatların təşkili üsulunun dəyişdirilməsi hesabına faylın ölçüsü azaldılır. Hələlik qrafik redaktorlar ilə məşğul olan mütəxəssislərdən heş kimə ideal sıxma alqoritmi yaratmaq qismət olmayıb. Yaradılan sıxma alqoritmlərinin hər biri təkcə müəyyən struktura malik olan verilənləri daha yaxşı sıxır.
Sıxma üsulları iki kateqoriyaya bölünür: l.Faylların arxivləsdirmə proqramları ilə sıxılması;
2.Faylların faylın formatına daxil edilmiş alqoritmlə sıxılması.
Fayllar birinci üsulla sıxılanda xususi proqram ilkin faylı oxuyur, həmin fayla müəyyən sıxma alqoritmini tətbiq edir və yeni fayl yaradır. Yeni yaradılan faylın həcmi ilkin faylın həcmindən xeyli az ola bilir. Lakin yeni fayl arxivdən azad edilməsə heç bir proqram ilə ondan istifadə etmək mümkün olmur. Ona görə də belə sıxma üsulundan məlumatları uzun müddət saxlamaq və ya ötürmək (göndərmək) lazim gələndə istifadə edilir. Gündəlik iş üçün bu üsul əlverişli deyil.
MS-DOS və Windows əməliyyat sistemlərində faylları sıxmaq üçün ZIP, APJ, RAR proqramlarından daha geniş istifadə edilir.
Sıxma alqoritmi faylın formatına qoşulanda faylı oxuyan uyğun proqramlar sıxılmış məlumatları düzgün interpretasiya edir. Odur ki, faylların sıxılmasının bu üsulu böyük həcmli qrafik fayllarla gündəlik iş üçün daha münasibdir.
Tutaq ki, CorelDRAW proqramı ilə təsvir hazırlanıb. Həmin təsviri Adobe Photoshop proqramı ilə hazırlanmış sənədə yerləşdirmək lazımdır. TIFF Adobe Photoshop proqramınin istifadə etdiyi rastr formatlardan biridir. Fayl TIFF formatı ilə formatlaşdırılanda qrafik məlumatlar sıxılır. Həmin faylı oxuyan proqramda da məhz bu vəziyyət nəzərə alınır.
Bu baıxmdan da məqsədə nail olmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək
lazımdır:
•CorelDRAW proqramı ilə yaradılan təsvirin TIFF formatında saxlanmasını;
•Faylın Adobe Photoshop proqramına import edilməsinı.
Dostları ilə paylaş: |