ƏSAS NƏTİCƏLƏR
l.Qrafik faylın formatı - qrafik verilənlərin, məlumatların xarici informasiya daşıyıcılarında təqdim olunma üsuludur.
Vektor formatın faylları şəkli təsvir etmək üçün əmrlər toplusuna malikdir. Belə əmrlər toplusundan istifadə etməklə sadə qrafik obyektləri (məsələn, xətləri, çevrələri, düzbucaqlıları və s.) qurmaq olar.
Rastr format fayllarında təsvirin ölçüsü, bit dərinliyi və hər bir pikselin rəngi ilə əks
olunur.
Qrafik məlumatların sıxılması faylın ölçüsünün dəyişdirilməsi ilə həyata keçirilir. Rastr
format faylları üçün müxtəlif sıxılma alqoritmlərindan istifadə edilir.
5.Şəxsi fayl formatı - qrafik əlavələrin saxlanılması üçün xüsusi və əlverişli effektiv formatdır.
6.Standart qrafik format - müxtəlif qrafiki əlavələrin ümumi formatıdır. 7.WMF, EPS, DXF, CGM və digərləri standart vektor formatlarıdır.
8.BMP, PCX, GIF, TIFF, TGA, JPEC və digərləri standart rastr formatlarıdır. 9.Rastr formatdan vektor formata çevirmə üsulları aşağıdakılardır:
rastr faylın vektor təsviri rastr obyektinə çevirməsi;
•vektor obyektin yaradılması üçün rastr təsvirin köçürülməsi.
Vektor formatın digər vektor formata çevrilməsi proqramı aşağıdakı kimi həyata keçirilir:
•obyektlərin istənilən bir vektor formatın dilində yazılışını hesab etməklə;
•yeni formatı onların dilinə çevirməyə cəhd etməklə.
Rastr formatın digər rastr formata çevrilməsi proqramı ilkin fayla aid verilənlərin (təsvirin ölçüsünün, bit dərinliyinin, piksellərin hər birinin rənginin və rəng çalarının) haqqında olan informasiyanın başqa üsulla yeni fayla çevrilməsidir.
Dostları ilə paylaş: |