VEKTOR QRAFİKASI
Vektor qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. Bunları primitivlər adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin köməyi ilə müxtəlif təsvirlər yaradilır. Vektor- primitivlərin kombinasiyasından və müxtəlif rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur. Üçölçülü kompüter qrafikasında kub, kürə və s. kimi həcmli primitivlərdən istifadə edilir. Vektor primitivlər şərh vasitəsilə verilir. Məsələn:
•A nöqtəsindən B nöqtəsinə xətt çəkməli; •verilmiş düzbucaqlı daxilinə ellips çəkməli ifadələri sərh hesab edilir.
Kompüter üçün belə şərhlər əmrlərin köməyi ilə verilir. Əmrdə müəyyən funksiya və onun parametrləri verilir. WMF (Windows Metafile) vektor formatında yuxarıda qeyd edilən şərhlər üçün simvolik əmrlər aşağıdakı kimi yazılır:
MOVETOXl,X2 Cari mövqe XI, X2 koordinatları ilə müəyyən edilən nöqtədir.
LINETO X2, Y2 Cari mövqedən koordinatları X2, Y2 koordinatları ilə müəyyən edilən mövqeyə kimi xətt çəkməli
ELLIPSE X3,Y3,X4,Y4 Sol kənar küncü X3,Y3 sağ aşağı küncü X4,Y4
koordinatlarında yerləşən düzbucaqlıi daxilinə ellips çəkməli. Obyektin rəngi haqqında informasiya vektor əmr formasında şərhin tərkib hissəsi kimi, Rastr təsvirdə isə hər bir videopikselin rəngi haqda informasiya saxlanır.
Vektor əmrlər çıxış qurğusuna maksimal mumkun elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə etməklə obyekt qurmaq barədə məlumat verir. Obyektlərin qurulması üçün çıxış qurğusunda istifadə edilən elementlərin sayı nə qədər çox olarsa obyekt bir o qədər yaxşı görünər.
Dostları ilə paylaş: |