Fraktal qrafika ilə iş.
Ötən əsrin 70-ci illərində meydana çıxan “fraktal”, “fraktal həndəsə” və “fraktal qrafika” anlayışları bu gün riyaziyyatçı və proqramçıların gündəlik həyatına çox sıx daxil olmuşdur. “Fraktal” sözü “fracrus” latın sözündən yaranıb və “bölünmüş”, “parçalanmış”, yaxud “qırılmış” anlamını verir. Bu termin 1975-ci
ildə fransız riyaziyyatçısı Benua Mandelbrot [Benoit Mandelbrot] tərəfindən perio- dik olmayan, yalnız özünə bənzər strukturları bildirmək üçün təklif olunub.
Bu gün kompyuter qrafikasında fraktalların rolu çox böyükdür. Fraktal qrafikanın əsasında fraktal həndəsə dayanır. Burada görüntülərin yaradılması üsulu
varis-obyektlər tərəfindən həndəsi xassələrin “valideynlərdən” irsən alınmasına əsaslanır.
Fraktal elə strukturdur ki, hissələri müəyyən mənada onun özünə ox şayır.
Fraktalın başlıca xassələrindən biri özünəoxşarlıqdır. Özünəoxşar obyektlər elə obyektlərə deyilir ki, onların böyüdülmüş hissələri özünə və bir-birlərinə bənzəyir. Başqa sözlə, fraktalın
kiçik bir hissəsi bütöv fraktal haqqında informasiyanı özündə saxlayır.
Təbiətdə olan bir çox obyektlər fraktal xüsusiyyətlərinə malikdir: qar dənəciyi böyüdüldükdə fraktal olur; ağac və bitkilər fraktal alqoritmlər üzrə böyüyür; dənizin sahil xətlərinə böyüdülmüş miqyasda baxdıqda əvvəlkilərə bənzər yeni-yeni girinti-çıxıntılar üzə çıxır.
Dostları ilə paylaş: |