"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 4,32 Mb.
səhifə62/70
tarix01.01.2022
ölçüsü4,32 Mb.
#104838
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
Şırnıqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürür. Şırnıqlı printerin qiyməti nisbətən ujuz olur. Rəngli çap etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə 300720 nöqtə vura bilirlər. Çap sürəti dəqiqədə 410 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur.

Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşlu lakin keyfiyyətlidir. Printerin daxilində olan yarımkeçirijilərdən hazırlanmış silinlirik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindirik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsi ilə silindirin üzərinə səpilir. Lazer şüasının düşmədiyi, yəni elektirik yükünün qaldığı yerlərdə boya tozları silindirin səthinə yapışır və silindirin fırlanması nəticəsində kağız üzərinə hopur və lazımi təsvir alınır.Bu printerlərdə çapetmə sıxlığı 600-1200 dpi-dir.

Fotodiod printerlərdə lazer şüasının yerinə çoxlu sayda fotodiodlardan istifadə edilir.

İşləmə prinsispi lazer printerlərlə oxşardır.



Skaner – fərdi kompüterin xariji qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.

Multimedia qurğusu –informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.

Modem (modulyator – demodulyator) – əlaqə xətlərinin (telefon xətləri və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xariji. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com portuna qoşulur. Xariji modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san qədər olur.

Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ji illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur. Bu jür kompüterlərin qiyməti

1milyon dollar dəyərində olur.



Superkompüter – çox prosessorlu elektron-hesablama sistemidır. İlk supekompüter amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ji ildə yaradılmışdır. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə milyard əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya və nüvə fizikasında bir çox məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işlənməsi nətijəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti təqribən 100 milyon dollarlarla ölçülür.


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin