Windows Media Player video, audio və səsyazma fayllarını səsləndirməyə imkan verir. Bunun üçün Fayl menyusunun Açmaq (Otkrıtğ, Open) əmrini yerinə yetirmək lazımdır. Pəncərənin idarəetmə düymələri əvvəlki multimedia proqramlarında olduğu kimidir və eyni qayda ilə səsləndirməni idarə etmək olar.
Proqram lazer diski səsləndirmək üçün nəzərdə tutulub. Proqramın pəncərəsi idarəetmə düymələrinə, alətlər panelinə, vaxt indikatoruna və məlumat panellərinə malikdir. Kompakt diski səsləndirmək üçün düyməsini sıxmaq kifayətdir. Digər idarəedici düymələr vasitəsilə səsləndirməni tənzimləmək və dayandırmaq olar. Alətlər paneli vaxt indikatorunu, idarəetmə və kompakt diskin cığırlarının yerinə yetirilmə ardıcıllığını və səslənmə rejimini müəyyən edir. Əgər alətlər paneli ekranda bu və ya digər səbəbdən yoxdursa, onun funksiyalarını Parametrlər (Parametrı, Options) menyusunun müvafiq əmrlərilə həyata keçirmək olar .