Köməkçi klaviaturada yerləşən rəqəm düymələri eyni zamanda kursorun yerin dəyişmək üçün də istifadə olunur. Klaviatura rəqəm rejimində olarsa, düymələr rəqəm daxil edir. Rəqəm rejiminə keçmək üçün Num Lock düyməsindən istifadə olunur.
Print Scrn – ekrandakı şəkli çap etmək üçün istifadə oluna bilər. PrintScreen – vasitəsilə ekranın təsvirini, “mübadilə buferində” yerləşdirmək mümkündür. Sonra onu fayl şəklində, istənilən qrafiki redaktor vasitəsilə yadda saxlamaq olar.