VEKTOR QRAFİKANIN ÇATIŞMAZLIQLARI
l.Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrəiər, ellipslər və digər sadə fiqurlardır. Ona görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların, diaqramların, qrafiklərin qurulması və eləcə də texniki illüstrasiyaların yaradılması üçün istifadə edilirdi. Kompüter texnologiyasının inkişafı ilə vəziyyət xeyli dəyişdi. Bu günkü vektor təsvirlər reallığa daha çox yaxındır. Lakin, vektor qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ ondadır ki, fotoqrafiya rənglərin və parlaqlıqların çox mürəkkəb bölündüyü mozaikadır. Belə mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.
2.Vektor təsvirlər onlarla, bəzən də minlərlə əmrlərin köməyi ilə şərh edilir. Çap prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu zaman elə ola bilər ki, təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli formada çap edilsin və ya umumiyyətlə çap edilməsin. Belə ^əziyyət ona görə baş verir ki, printerin özünəməxsus Drosessoru ona verilən əmrləri interpretasiya edir. Ona görə jə hər hansı sadə vektor təsviri çap etməklə printerin yerilmiş standarta uyğun olan vektor əmrləri yerinə yetirə Dilib-bilmədiyini yoxlamaq lazımdır. Hər şey normal olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri çap etmək olar. Əgər printer hər hansı primitivi tanımasa, təsviri başqa printerdə çap etmək lazımdır. Bəzən kağıza çap edilə bilmir.
Dostları ilə paylaş: |