RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ
Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik redaktorlar mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun münasib olduğunu bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması və fotomontaj əməliyyatları rastr qrafik redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir.
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üşün nəzərdə tutulmuşdur. Restangle (llpyiMoyronbHHK-Düzbucaqlı), Ellipse (Ənnnnc-Ellipis) və Polygon (MHoroyro/ibHMK- Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün, rəngləmədən ötrü isə Fill (3a/ınBKa- Doldurma) alətindən istifadə edilir. Mətnlərin və sərlövhələrin yaradılması üçün Text (TexT- Mətn) aləti tətbiq edilir. Təsvirlərlə işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə bilmək üçün fraqmenti böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (MacujTa6-Miqyas) alətindən istifadə edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.
Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə imkan verən imkanlar reallaşdırılmışdır. Fraqment üzərində hər hansı əməliyyatı aparmazdan əvvəl onu ayırmaq lazımdır. Vektor qrafika redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafika redaktorlarında isə oblastlar (piksellər toplusu)ayrılır. Obyekti ayirmaq üçün Mouse-un oxunu onun üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast əmələ gətirdiyini muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası redaktorlarında müxtəlif ayırma alətlərindən istifadə edilir. Rastr redaktorlarda həm sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üşün nəzərdə tutulan ayırma alətləri olur.
Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və rəng çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-ayrı fraqmentlərinin tünd və ya açıq görünməsini təmin etməyə, xırda qüsurları (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.
Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası redaktorlarında qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir obyekti digərindən istisna edən əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq olur.
Adətən rastr və vektor grafikası redaktorlarında həcm effekti almaq üçün vasitələrdən istifadə etmək mümkündür. Lakin real obyektlərin (personajların, interyerlərin və s.) üçölçülü obrazını üçölçülü modelləşdirmə proqramları ilə yaratmaq daha məqsədəuyğundur.
Dostları ilə paylaş: |