"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 4,32 Mb.
səhifə38/70
tarix01.01.2022
ölçüsü4,32 Mb.
#104838
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
MÖVZU 9: COREL PHOTO-PAİNT PROQRAMI.
Plan:

  1. Dəvət pəncərəsi və onun elementləri.

  2. Əsas pəncərənin elementləri, baş menyu və alətlər panelləri.




    1. Dəvət pəncərəsi və onun elementləri.

Corel PHOTO-PAİNT proqramı yükləndikdən sonra ilk öncə ekrana onun dəvət pəncərəsi açılır:

Dəvət pəncərəsinin aşağı sol küncündə aşağıdakı elementlər yerləşir:



Quick Start - Cəld başlamaq What's New - Yeni imkanlar Learning Tools - Tədris vasitələri Gallery - Qalereya

Updates - Yeni yüklənmələr.

Dəvət pəncərəsinin birinci elementi olan Quick Start yeni rastr təsvirin yaradılması, yaddaşda saxlanan hazır qrafik faylın açılması və ya xarici mənbədən, məsələn, skanerdən şəkilin oxunması üçün nəzərdə tutulub.





Quick Start yeni qrafik fayl yaratmaq üçün New blank document düyməsi, mübadilə buferində olan şəkili gətirməklə yeni qrafika yaratmaq üçün New from clipboard düyməsi, skanerdən şəkili oxutdurmaqla yeni qrafika yaratmaq üçün Acquire an image düyməsi və nəhayət, yaddaşda olan qrafikanı açmaq üçün Open other... düyməsi istifadə olunur.

What's New pəncərəsində PHOTO-PAİNT proqramının hazırki versiyasında əvvəlki versiyalarla müqayisədə edilmiş yeniliklər haqda məlumat verilir:

      1. dizayn vasitələri, yəni proqramın interfeysi təkmilləşmiş, dəstəklənən fayl formatlarının sayı isə artmış olub;

      2. daha effekttiv və səmərəli iş prosesi qurulub;

      3. şəkil üzərində daha geniş çeşidə malik effektlər və çevrilmələr aparmaq imkanı əldə

edilib.



Learning Tools pəncərəsində proqramda nəzərdə tutulmuş müasir tədris vasitələri haqda xəbər verilir, yəni dərsliklər, öyrədici disklər və məsləhətlər.

Corel PHOTO-PAİNT proqramının dəvət pəncərəsini istənilən zaman bağlamaq və ya yenidən açmaq olar. Bunun üçün Standard alətlər paneli üzərində olan Welcome düyməsini sıxmaq lazımdır.




    1. Əsas pəncərənin elementləri, baş menyu və alətlər panelləri. Proqramın əsas pəncərəsinin aşağıdakı elementlərini qeyd etmək olar:

  1. başlıq sətri (heading row, stroka zaqolovka)- bu sətirdə proqramın və cari zamanda açıq olan faylın adı əks olunur.

  2. alətlər paneli (toolbox)- şəkil üzərində demək olar ki, bütün mümkün əməliyyatlar aparmaq üçün alətləri saxlayır.

  3. xassələr paneli (property bar)– əlavə edilən obyekti fırlatmaq, miqyaslaşdırmaq üçün istifadə edilir və seçilmiş obyektin təbiətindən asılı olaraq dəyişir.


пропертй бар

  1. menyu sətri (menu bar)- ən çox istifadə olunan əmrlər siyahılarını saxlayır.


  2. Yüklə 4,32 Mb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin