"kompüter qrafikasi" FƏNNİNİn predmeti


Sadə xətlərin qurulması, onların qalınlığı və növləri



Yüklə 4,32 Mb.
səhifə41/70
tarix01.01.2022
ölçüsü4,32 Mb.
#104838
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

Sadə xətlərin qurulması, onların qalınlığı və növləri.


Sadə xətt qurmaq üçün Toolbox alətlər paneli üzərində Freehand Tool

alətindən istifadə etmək olar. Eyni bir Freehand Tool aləti vasitəsilə Bezye əyrisini (Bezier), sınıq xətti (Polyline), əlaqələndiriciləri (Connector), 3-nöqtəyə görə əyri (3 Point Curve) qurmaq olur. Çoxbucaqlı qurmaq üçün Polygon Tool alətindən istifadə etmək olar və qurulmuş çoxbucaqlının bucaqları sayını istənilən göstəriciyə gətirmək olar. Bunun üçün Property Bar alətlər paneli üzərində Number of points sayğacının göstəricisini dəyişmək lazımdır. Eyni ilə Polygon Tool aləti vasitəsilə ulduz və spiral fiqurlarını qurmaq olar. Toolbox alətlər paneli üzərində Ellipse Tool aləti vasitəsilə ellips və çevrə, Rectangle Tool aləti vasitəsilə düzbucaqlı və kvadrat, Basic Shapes aləti vasitəsilə avtofiqurlar qurmaq olur.
Qurulmuş xətlərin və fiqurların sərhəd xətlərinin qalınlığını, növünü düyün nöqtələrinin formasını dəyişmək üçün Outline alətindən istifadə olunur.

Daha dəqiq desək, Outline alətinin yerləşdiyi açılan siyahıda Outline Pen... dialoq pəncərəsini aktivləşdirmək lazımdır.




Ekrana açılan eyniadlı pəncərədə xəttin rəngini (Color) , enini (Width), düyün nöqtələrinin formasını (Corners), xəttin başlandığı və bitdiyi nöqtənin formasını təyin etmək olur.



  1. Fiqurların rənglənməsi.

Qurulmuş fiqurun daxili hissəsini bir, iki və daha çox rənglə boyamaq üçün Toolbox

alətlər paneli üzərində olan Fill alətinə müraciət etmək lazımdır:



Bu alətin məxsus olduğu açılan siyahıda bir neçə daxili boya (zalivka) variantlarından istifadə etmək olar. Belə ki, Uniform fill variantı ilə fiqurun daxili hissəsini yalnız monoton, yəni bir rəngə boyamaq olur. Fountain fill variantı ilə fiqurun daxili hissəsini iki və daha çox rəngdə boyamaq mümkündür:






Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin