Pattern fill aləti ilə fiqurun daxilinə hazır bəzəklərdən və ya hazır şablonlardan birini yerləşdirmək olur. Bu halda bəzəyi təşkil edən təkrarlanan fiqurun ölçülərini Size çərçivəsində dəyişmək olur.
Mətn ilə iş.
Qeyd edək ki, Corel proqramı mətn üzərində iş üçün kifayət qədər geniş imkanlar təklif edir. İlk öncə mətni yazmaq üçün Toolbox alətlər paneli üzərində olan Text Tool alətini seçmək lazımdır, daha sonra kursoru lazımi mövqeyə yerləşdirib tələb olunan mətni yığmaq lazımdır.
Daxil edilmiş mətni hər hansı əyri boyu tənzimləmək üçün əvvəl mətni seçirik, sonra Text menyusundan Fit Text To Path əmrini seçirik və bu zaman mausun göstəricisi qalın bir oxa çevrilir.
Bu qalın oxu gətirib xətti seçmək lazımdır. Nəticədə mətn əyri boyunca istiqamətlənəcək:
Mətnə hətta istənilən üçölçülü forma da vermək olar. Bu məqsədlə Toolbox alətlər paneli üzərində olan İnteractive Extrude Tool alətindən istifadə etmək olar:
Mətnə xusüsi üçölçülü kölgə effekti vermək üçün Toolbox alətlər paneli üzərində olan Drop Shadow alətinə müraciət etmək lazımdır. Bunun köməyilə istənilən istiqamətdə və şəffaflıqda olan kölgə yaratmaq və dəyişmək mümkündür.
Əgər yazılmış mətnin bəzi hissələrini bədii formaya salmaq istəyiriksə, onda Toolbox alətlər paneli üzərində İnteractive Envelope Tool alətini aktivləşdirmək tələb olunur. Bu zaman mətnin ətrafında yaranan markerlərdən tutaraq onu istənilən formaya gətirmək olur:
Mətnə istənilən istiqamətdə şəffaflıq vermək üçün İnteractive Transparency Tool alətinə müraciət etmək lazımdır və şəffaflaq dərəcəsini xüsusi marker ilə təyin etmək lazımdır.
Bu mühazirədə Corel proqramının imkanları yalnız qismən nəzərdən keçirilmişdir. Təsvirlərin emalı, üçölçülü çevrilməsi, konteyner daxilinə yerləşdirilməsi, təsvirin müxtəlif rəng rejimlərinə çevrilməsi və bir sıra digər vacib əməliyyatlar digər növbəti mühazirədə nəzərdən keçiriləcəklər.
Ədəbiyyat:
CorelDRAW X3. V podlinnike, Mixail Burlakov, 2006.
CorelDRAW X4. Naçali!, A. Jvalevskiy, D. Donüov, 2008.
CorelDraw X4 s nulə! Kniqa + Videokurs, 2008.
İnteraktivnıy kurs CorelDRAW X4, 2008.
Dostları ilə paylaş: |