MÖVZU 13: ADOBE PHOTOSHOP proqramı – MENYU, ALƏTLƏR, PƏNCƏRƏLƏR...
.
Boş səhifəli proqramın quruluşu bir neçə hissədən ibarətdir:
Menyu
Nəzarət paneli
Alətlər paneli
Sənəd
Pəncərələr
Ümumi anlayış olsun deyə bir az bu hissələrin nəyə xidmət etdiyini izah etməyə çalışaq.
Menyu.
Əksər proqrama xas olan vacib bir elementdir. Menyu vasitəsilə fayllarla iş görmək – yəni fayl yaratmaq, yaddaşda saxlamaq, yaddaşda olan faylı açmaq, proqramdan import və eksport əməliyyatlarını icra etmək; sənədin ölçü və rəng rejimlərini təyin etmək, rəng korreksiyası vermək, sənəddə olan qatlarla (layers) işləmək, müxtəlif filtrlərdən istifadə etmək və s. mümkündür. Amma bir qayda olaraq dizayn prosesində menyuya çox az müraciət olunur. Buna bir səbəb menyuda olan əksər funkisayaların proqramın digər hissələrində daha rahat formada mövcud olmasıdır. İkinci daha vacib səbəb isə əksər funkiyaları menyu vasitəsilə deyil, klaviaturanın müəyyən düymələrini basmaqla daha asan icra etməyin mümkünlüyüdür.
Fotoşopun qatları ilə əməliyyatlar aparmaq üçün menyunun Layers bölümünə girmək, ordan isə istəndiyimiz əməliyyatı seçməyimiz tələb olunur. Ama buna çox vaxt ehtiyac qalmır. Əvvəla ona görə ki, qatlarla işləmək üçün Layers adlı ayrıca bir pəncərə mövcuddur. Bu pəncərədən qatlarla bağlı əksər əmrləri icra etmək mümkündür. Digər tərəfdən meyunu açarkən bəzi əmrlərin qarşısında klaviaturanın bəzi düymələrinin plyus (+) işarəsi vasitəsilə birləşmələrini görə
bilərsiniz. Məsələn yeni qat yaratmaq üçün menyudan layers - new layers bölümünə girmək lazımdır. Həmin əmrin qarşısında shift+ctrl+N kimi klaviatura düymələrinin birləşməsini görə bilərsiniz. Bu düymələri sıxmaqla daha asan və tez formada yeni qat yarada bilərsiniz.
Qatların (layers) nə olduğunu hələ fikirləşməyin bunu sadəcə izah etmək üçün seçdim.
Dostları ilə paylaş: |