Komputer şƏBƏKƏLƏRİ



Yüklə 200,5 Kb.
səhifə5/25
tarix10.01.2022
ölçüsü200,5 Kb.
#108203
1   2   3   4   5   6   7   8   9   ...   25
Simsiz vasitələr. Hal-hazırda verilənləri daşımaq üçün fiziki vasitələr ilə yanaşı, simsiz vasitələrdən də geniş istifadə olunur.

Radiosiqnallar [radio signals]. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnalbir mənbədən o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnallarıgöndərən radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicininolması lazımdır.

Mikrodalğalar [microwaves]. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stansiyasından digərinə düz xətt üzrə göndərilir. Maneələrdən qaçmaq üçün mikrodalğa stansiyalarının əksəriyyəti yuksəkliklərdə, yaxud hündür binalarınbaşında quraşdırılır.

Peyk rabitəsi vasitələri [satellite transmissions].Rabitə peykləri orbitdə Yerin səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtəüzərində sabit mövqe saxlamağa imkan verir. Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları yenidən Yerə qaytarır.

Şəbəkə qurarkən bu kommunikasiya vasitələrindən hər hansı birini seçmək üçün bir neçə amili –şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə almaq lazımdır.

ŞƏBƏKƏ AVADANLIQLARI

Şəbəkələrin əksəriyyətində server və müştəri komputerləri olur. Bunlardan başqa, şəbəkədə şəbəkə kabellərini birləşdirən siqnalları gücləndirən qurğuların daolması lazımdır. Belə qurğuları iki qrupa ayırmaq olar:



  1. kommunikasiya qurğuları

  2. transmissiya qurğuları.


Yüklə 200,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin