Yüksək ötürmə sürəti;
Ötürmə səhvlərinin səviyyəsinin aşağı olması;
Yüksək səviyyəli rabitə kanallarının olması;
Mübadilənin idarə olunmasının səmərəli və tez təsirli
mexanizminin olması;
Şəbəkəyə qoşulmuş kompüterlərin sayının dəqiq və məhdud sayda olması zərurəti.
|
Keyfiyyətli avadanlıqların
alınmasına çəkilən böyük xərclər;
Birləşdirici kabellərin çəkilməsi ilə əlaqədar izafi xərclər;
Şəbəkə təhlükəsizliyinin təmin olunması ilə əlaqədar vaxt itkiləri və maddi xərclər;
Səmərəli proqram təminatlarının əldə olunması ilə bərabər
mütəmadi olaraq yenilənməsinə, dəyişdirilməsinə əvvəlcədən nəzərə alınmamış çəkilən xərclər;
Hər dəfə yeni proqramların əldə olunması nəticəsində işçi heyətin öyrədilməsi ilə əlaqədar vaxt
itkiləri, əlavə maddi xərclər.
|
Qlobal şəbəkələr üçün keyfiyyətli rabitə xətlərinin çəkilməsi çox baha başa gəlir.
Artıq mövcud olan, əvvəlcədən digər məsələlər üçün nəzərdə tutulmuş rabitə xətlərindən həm də qlobal şəbəkədə istifadə olunur.
Qlobal şəbəkələrin əksəriyyəti ümumi təyinatlı telefon və teleqraf xətləri
əsasında qurulur.
|