Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə46/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   42   43   44   45   46   47   48   49   ...   65
Kompüter Texnologiyaları

Standart lokal şəbəkələr
Standart lokal şəbəkələrə aşağıdakılar aiddir:

  • Ethernet






Ethernet şəbəkəsində şin topologiyası istifadə olunur. 1985-ci ildə Ethernet texnologiyasını IEEE (Institute of Electrical and Electronics Engineers) və ECMA kimi beynəlxalq təşkilatlar qəbul etmişdir. Burada 802.3 standartından istifadə edilmişdir. Bu standartın əsas xarakteristikaları aşağıdakılardır:

      • topologiya şin;

      • ötürmə mühiti koaksial kabel;

      • ötürmə sürəti 10 Mbit/san;
      • şinin maksimal uzunluğu – 5 km;


      • şəbəkə seqmentinin uzunluğu 500 m qədər;

      • abunəçilərin maksimal sayı 1024-ə qədər;

      • bir seqmentdəki istifadəçilərin sayı 100-ə qədər.

Ethernet şəbəkəsində verilənlərin ötürmə mühitləri:



10Base-
5

Diametri 0.5 dyüm olan yoğun koaksial kabel. Seqmentin maksimal
uzunluğu 500 m-dir.

10Base- 2

Diametri 0.25 dyüm olan nazik koaksial kabel. Seqmentin maksimal
uzunluğu 200 m-dir.

10Base-
T

Ekranlaşmamış burulmuş cüt kabel.

10Base- F

Optik-lifli kabel.

Ötürmə mühitinin işarəsindəki 3 elementə baxaq:

  1. 10 ədədi –10 Mbit/san ötürmə sürətidir;

  2. Base – əsas tezliklər zolağında ötürməni göstərir;

  3. Tburulmuş cüt, Ffiberoptik kabeli bildirir.



Token Ring. Bu şəbəkə Ethernet və digər şəbəkə texnologiyaları ilə ümumi xassələrə malikdir. Halqavari topologiyaya əsaslanır.
Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Bu şəbəkə 802.5 standartı əsasında qurulmuşdur. Bu standartın əsas xarakteristikaları aşağıdakılardır:
      • konsentratorların maksimal sayı – 12;


      • şəbəkə abunəçilərinin maksimal sayı – 96;
      • abunəçi ilə konsentrator arasında qalan kabelin maksimal uzunluğu – 45 m;


      • konsentratorlararası kabelin maksimal uzunluğu – 45 m;

      • verilənlərin ötürülməsi sürəti – 4 Mbit/san və 16 Mbit/san. Verilmiş nümunələr ekranlaşmamış burulmuş cütün istifadəsi halına aiddir.

FDDI (Fiber Distributed Data Interface). İkiqat halqadan ibarət olan bu texnologiya köhnə texnologiyalardan sayılır. 100 Mbit/san ötürmə sürətinə malik olan texnologiyada fiberoptik kabellərdən istifadə olunmuşdur (Şəkil 12.19.). Bu şəbəkənin əsas texniki göstəriciləri aşağıdakı kimidir:
      • şəbəkə abunəçilərinin maksimal sayı – 1000;



      • Yüklə 1,2 Mb.

        Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin