100VG-AnyLAN. Bu texnologiya adından da göründüyü kimi 100 Mbit/san sürətə malikdir və genişlənmə imkanı olan ulduz topologiyasından istifadə olunmuşdur. Sürətinin çoxluğuna və avadanlığının ucuzluğuna görə sərfəli texnologiyalardan hesab edilir. IEEE 802.1 standartına uyğunlaşdırılmışdır.
konsentratorla abunəçi və konsentratorlararası kabelin maksimal uzunluğu –100m.
ArcNet (Attached Resource Computer NETwork) lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər qıvraq arxitekturasıdır. Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ArcNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Qlobal şəbəkə texnologiyalarından isə X.25, Frame Relay, ATM və s. adını çəkmək