FTP (File Transfer Protocol – faylların ötürmə protokolu) – İnternetdə faylların bir kompüterdən digərinə ötürülməsini təmin edir. Bu fayllar sənəd, fotoşəkil, proqram təminatı ola bilər. Fayl-serverin ünvanı ftp:// ilə başlayır. Dialoq pəncərəsi qarşısında DIR yazılanlar kataloqlar, file yazılanlar isə fayllardır. Kataloqlar üzərində mausun sol düyməsini basdıqda alt kataloq, mətn tipli faylın üzərində basdıqda isə onun məzmunu çıxır.
USENET(telekonfrans)sistemi– informasiya mübadiləsində ümumi maraqları olan insanları telekonfrans vasitəsilə birləşdirir. Lakin burada elektron poçtunun əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi yeniliklərin oxunması xüsusi əlavəsindən də istifadə olunur. Bu xidmətdə xəbərlərin alınması, baxılması və göndərilməsi üçün NNTP (Network News Transfer Protokol) protokolundan istifadə olunur. USENET xidmətini elektron elanlar lövhəsi də adlandırırlar.
Gopher– sənədlərin axtarışı və ötürülməsi üçün istifadə edilən şəbəkə protokoludur. Burada ünvan gopher:// sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətnsiz www-yə oxşayır. www-dən əvvəl bu sistem istifadə edilmişdir.
İnternet ticarət xidməti vasitəsi ilə online rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişlər qəbul edilir. Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəsi ilə həyata keçir. Hər bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda malın və ya xidmətin fotoşəkili ilə müşayiət olunur. Bir çox hallarda sifariş telefon, elektron poçtu, ICQ və s.-lə qəbul edilir.
Web-sənədlərə baxış proqramları
Web-sənədlərə baxış proqramları brauzer (ing. browser) adlanır. Brauzer – xüsusi müştəri proqramı olub, Web qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub. İlk brauzer 1990-cı ildə yaradılmış WWW proqramı olmuşdur. 1994-cü ildə
Netscape Communications şirkəti Netscape Navigator brauzerini yaratdı. 1995-ci ildə MicrosoftİnternetExplorer meydana çıxdı. Hazırda İnternet Explorer dünyada ən çox istifadə edilən brauzerdir. Tanınmış brauzerlər içində Mosaic,GoogleChrome,Mozilla,Opera,Maxton,Safari, Amigo, Yandex və s. də vardır. Brauzer Web sənədlərin əsas formatı olan HTML (Hyper Text Markup Language) kodunun dinamik işləməsi və Web-səhifənin göstərilməsini təmin edir.