Əvvəlcədən hazırlanmış alqoritmlərdən
(altalqoritm) və ya proqramlardan (altproqram) istifadə olunması
Bu 3 üsuldan əlavə alqoritmi həmçinin, psevdokodla (proqramlaşdırma dilinin elementləri, təbii dilin frazaları, ümumi qəbul edilmiş riyazi işarələr və s.) təsvir etmək olar. Psevdokod (yalançı kod) təbii və formal dillər arasında yerləşir, vahid şəkildə yazılış üçün nəzərdə tutulan işarə və qaydalar sistemindən təşkil olunur. Mürəkkəb alqoritmlərdə proqramlaşdırma dilində yazmazdan qabaq bu üsulla təsvir olunur, alqoritm analiz edilir, daha sonra proqramlaşdırma dillərindən birinə
çevrilir.
Alqoritminstrukturu(növləri)
Alqoritmin əsasən 3 növü fərqləndirilir:
Xətti
Budaqlanan
Dövri(təkrarlanan)
Xəttialqoritmikstruktur Xətti alqoritmik struktur iki və daha çox ardıcıl şəkildə yerinə yetirilən əməliyyatlardan ibarət olur. Onun tərkibində şərt (seçmə) bloku olmur. Bu strukturu sxematik olaraq belə göstərmək olar:
Misal2. İki ədədin cəminin hesablanması alqoritmini blok sxemlə ifadə edək (Şəkil 3.1.).
Budaqlananalqoritmlər Budaqlanan alqoritmik strukturda verilmiş şərtdən asılı olaraq məsələnin həlli iki budağa ayrılır. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin edilir. Bu blokda müəyyən kəmiyyətlərin (ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanılır və nəticədən asılı olaraq sonrakı gedişin istiqaməti seçilir.
İki budaqdan ibarət olan prosesə sadə, ikidən artıq budaq olan prosesə isə mürəkkəbbudaqlananstruktur deyilir. Mürəkkəb struktur sadə strukturlarla ifadə oluna bilər
Budaqlanan strukturu sxematik olaraq belə göstərmək olar:
Bu halda nəzərdə tutulan şərt ödənilirsə S1 əməliyyatı,
həmin şərt ödənilmirsə, S2 əməliyyatı yerinə yetirilir. Beləliklə, Şəkil3.1.İki ədədincəminin alqoritmdə budaqlanma baş verir (Şəkil 3.2.). hesablanmasıalqoritminin