Budaqlanan strukturlu alqoritmlər özləri də 2 yerə ayrılır:
Tam formalı budaqlanma;
Natamam formalı budaqlanma;
Tam formalı budaqlanmada məntiqi ifadənin qiymətindən asılı olaraq alqoritmin icrası 2 budaqdan biri üzrə davam etdirilir, natamam budaqlanmada isə budaqlardan hər hansı biri olmur. Həmin tərəf əvəzinə növbəti addıma keçilir.
Dövrialqoritmlər Hesablamalar apararkən çox vaxt eyni əməliyyatın bir neçə dəfə aparılması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə etmək əlverişli olur. Hesablama prosesinin təkrarən yerinə yetirilən hissəsinə dövr deyilir.
7.Proqram təminatının əsas anlayışları və xarakteristikası Kompüterinproqramtəminatınıntəsnifatı Kompüterin proqramtəminatı(software) informasiya emalının həyata keçirilməsi üçün
lazım olan proqramlar toplusudur. Proqram təminatı həmçinin kompüter və onun qurğularının idarə olunması üçün də istifadə olunur. Yerinə yetirdiyi funksiyalara görə proqram təminatı 3 əsas qrupa ayrılır.
Sistemproqramtəminatı – kompüterin və kompüter şəbəkələrinin işini təmin edən proqramların və proqram komplekslərinin məcmusudur. Kompüter və onun qurğularının, tətbiqi proqramlarınidarəolunmasınıtəminedir.
İki alt bölməyə ayrılır: bazavəservisproqramtəminatı.