Verilənlər bazası dedikdə diskdə saxlanan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan faylların məcmusu nəzərdə tutulur. Verilənlər bazasının idarə edilməsi dedikdə isə verilənlərin bazaya daxil edilməsi, onların təsviri, sorğulara görə axtarış əməliyyatları, nizamlama
və s. başa düşülür. VBİS-lərə aşağıdakıları misal göstərmək olar: Foxbase, Clipper, Informix,Sybase,Paradox, Ingres, Progress, Access,Oracle, MS SQL Servervə s.
İnteqrallaşdırılmışpaketlər də ümumi təyinatlı proqram paketlərini tərkibinə daxildir. Belə paketlərə misal olaraq Microsoft Office, Microsoft Works, Framework və s. nümunə göstərmək olar. Bunlardan Microsoft Office 2010 (MS Word, MS Excel, MS Access, MS PowerPoint, MSPublisher,MSSharePoint,MSOneNote,MSInfoPath,MSOutlook,MSProject,MSVisio)daha
çox istifadə olunmaqdadır.
MicrosoftOffice Projectlayihələrin fərdi planlaşdırılması və idarə olunması sistemidir.
WindowsSharePointServicessiyahılarının köməyilə dəyişikliklərin tarixinə nəzarət etməyə, silinmiş informasiyanı bərpa etməyə, verilənlərə müraciətə icazənin verilməsinə və müəyyən zaman
intervalından bir müntəzəm olaraq arxivləşdirmənin yerinə yetirilməsinə imkan verən verilənlərin birgə istifadəsini təşkil etmək olar.