Start\All Programs\Accessories\Run (Пуск\Все Программы\Стандартные\Выполнить,Başlat\Bütün proqramlar\Aksessuarlar\Run) əmrlər ardıcıllığı və ya klaviaturadan Win +R klavişlər kombinasiyasını sıxmaqla açılmış standart proqramda winword yazıb, OK düyməsini sıxmaqla.
Yuxarıda sadaladığımız üsulların hər biri ilə Word 2010 proqram pəncərəsi ekranda əks olunur. Susmaya görə açılmış sənədin adı avtomatik olaraq Document 1 adlandırılır. Word 2010 proqram pəncərəsi və onun elementlərinə nəzər yetirək (Şəkil 7.1.).
Pəncərənin yuxarı sərhəddində Titlebar(Заголовка/Başlıq sətri) yerləşir. Burada açılmış sənədin və proqramın adı əks olunur. Başlıq sətrinin sol tərəfində pəncərə menyusunun düyməsi (bu düymə adətən açılan fayl obyektinin piktoqramı şəklində olur, üzərində mausun sol düyməsini qoşa kliklədikdə proqram pəncərəsi bağlanır) və QuickAccessToolbar(Панель быстрого доступа/Cəld Müraciət Paneli), sağ tərəfındə isə pəncərənin idarəetmə düymələri yerləşir. QuickAccess Toolbar (Панель быстрого доступа/Cəld Müraciət Paneli)-da istifadəçinin hansı tabla işləməsindən asılı olmayaraq görünən və istənilən zaman istifadə oluna bilən alətlər yerləşir.
Yeni düymələrin panelə əlavə edilməsi və ya elementin paneldən yığışdırılması panelin sağ tərəfindəki aşağı istiqamətli oxun kliklənməsi nəticəsində açılan siyahı vasitəsi ilə edilir.
Başlıq panelinin altında Ribbon(Лента/Lent) yerləşir. Lent tablardan ibarət olur. Tabların adları lentin üzərində yerləşir. Tabların sağında yerləşən ^ - Minimize the Ribbon (Cвepнуть ленту/Lenti kiçilt) (Ctrl+F1) düyməsi və yaxud Expand the Ribbon (Развернуть ленту/Lenti genişləndir (Ctrl+F1) düyməsi lentin proqram pəncərəsində gizlədilməsini və ya əksinə görünməsini təmin edir. Microsoft Word Help (F1)(Cправкa Microsoft Word/Microsoft Word Kömək) düyməsi isə istifadəçiyə Microsoft Word 2010 haqqında daha ətraflı məlumat almağa imkan yaradır.