Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti


§13.3. İnternet qlobal şəbəkəsinin baza protokolları (TCP/IP). İnternetdə resursların ünvanlaşdırılması



Yüklə 1,2 Mb.
səhifə52/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   48   49   50   51   52   53   54   55   ...   65
Kompüter Texnologiyaları

§13.3. İnternet qlobal şəbəkəsinin baza protokolları (TCP/IP). İnternetdə resursların ünvanlaşdırılması


İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır. Beləliklə, sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol – müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarında və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini iyerarxik təşkil edən protokol yığını protokollar steki adlanır.
Müxtəlif protokollardan istifadə edən şəbəkələrin (məs., lokal və qlobal) əlaqələndirilməsi üçün şəbəkə şlüzlərindən (ing. gateway) istifadə edilir. Şəbəkə körpüləri (ing. bridge) isə lokal şəbəkələrin seqmentlərini birləşdirir.
İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:
TCP (Transmission Control Protocol) verilənlərin ötürülməsinin idarə olunması protokolu paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Müəyyən tələblər səviyyəsində ötürüləcək informasiya paketlərə ayrılır və son məntəqədə informasiyanın vahid halda toplanmasına cavabdehlik edir.
IP (Internet Protocol) – şəbəkə protokolu köməyilə növbəti addımda hazır paketlər ardıcıl şəkildə ünvanlanaraq informasiya qəbuledicisinə ötürülür, son nəticədə paketlərin alınıb alınmaması TCP protokolu ilə yoxlanılır.
Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:
ARP (Address Resolution Protocol – ünvanların müəyyən edilməsi protokolu) – 32- mərtəbəli IP-ünvanları, lokal şəbəkələrin ünvanlarına, məsələn, Ethernet ünvanlarına çevirir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin