http://serverinadı/qovluq/fayl.html Ünvanın sol tərəfində http: //- W W W-də http://WWW müraciəti göstərir. Bu, HTTP(HyperTextTransferProtocol) - hipermətnlərin ötürmə protokolu kimi oxunur.
Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır.
Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində WWW İnternet xidmətlərindən biridir. İnternetin ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, təsvir, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və
konsertlərin yayımını birləşdirir. Web-səhifələrdə istifadə edilən təsvirlər əsasən .jpg və .gifformatındaolur. Web – İnternetin geniş resurslarına, şəkil, musiqi kliplərinə və filmlərə müraciəti təmin edir. Web digər sistemlərdən fərqli olaraq iki xüsusiyyətə malikdir. Bu, multimedia hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimedianın interaktiv vasitəsi» – Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video yazılara və b. müxtəlif resurslara müraciəti təmin edərək, onların kompüterə, stereo səs gücləndiricilərinə çıxmasını təmin edir.
Sadə Web-səhifələr əsasən hipermətnlərin yaradılma dili olan html (Hyper Text Markup Language) dilində yığılır. Bunun üçün html-in kodlarını (teqləri) Notepad (Блокнот) proqramının pəncərəsində yığıb, .htm və ya .html genişlənməsi ilə yadda saxlamaq lazımdır. Bu halda həmin faylı brauzer vasitəsilə açdıqda ekranda yaratdığımız Web-səhifə görünəcək. Word proqramının köməyi ilə də yeni Web-səhifə yaratmaq olar. Bunun üçün File/Save As Web page (Файл/Сохранить как веб-страницу) əmrini yerinə yetirmək lazımdır. Dinamik, daha gözəl dizayna, əlavə effektlərin olduğu saytların təşkili üçün DHTML,PHP,Java,JavaScript,Vbscript,Actionscript,CSS,XML və s. kimi sistemlərdən və proqramlaşdırma dillərindən istifadə edilir.
Web-səhifələrin təşkili üçün hazır redaktorlar da var. Bunlara misal olaraq Flash,Microsoft Frontpage, DreamWeaver və b. proqramları göstərmək olar.