Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə62/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   57   58   59   60   61   62   63   64   65
Kompüter Texnologiyaları

Əməliyyatın adı

Google

Yandex

söz olduğu kimi

“ ” içərisində söz

! – sözün əvvəlində

və” məntiqi operatoru
cümlədə




&

və” məntiqi operatoru sənəddə




&&

və” məntiqi operatoru
səhifədə

probel, AND – məntiqi operatoru

probel

ya” məntiqi operatoru

OR – məntiqi operatoru

|

məntiqi inkar operatoru

- (bu simvol sözə bitişik yazılır)

~~ və ya -

söz məsafəyə görə




/n

Nümunə: Cədvəldə axtarış sisteminə verilmiş sorğular və axtarış nəticəsində İnternetdə tapılmış səhifələrin sayı verilmişdir.


Sorğu

Tapılmış səhifələr

KAİNAT

2300

MAGİSTR and KAİNAT

900

MAGİSTR or KAİNAT

4900

“MAGİSTR” sorğusu üzrə neçə səhifə tapılar?


Həlli: Çoxluqlar üzərindəki əməllərə aid belə bir düstur yaza bilərik:
n (MAGİSTR or KAİNAT) = n (MAGİSTR) + n (KAİNAT) – n (MAGİSTR and KAİNAT)
Deməli, 4900 = x + 2300 – 900
x = 3500

Məsələnin həllini belə də verə bilərik:




A + B = (A or B) + (A and B) A – MAGİSTR, B – KAİNAT A + 2300 = 4900 + 900
A = 3500


Cavab: MAGİSTR” sorğusu üzrə 3500 səhifə tapılar.
Sosial şəbəkə xidmətləri
İnformasiya cəmiyyətinin hər gün daha da inkişaf etdiyini nəzərə alsaq, bugün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyildir. Sosial şəbəkələr günümüzdə əsasən tanışlarımızla ünsiyyətdə olmaq, yeni tanışlıqlar əldə etmək, işgüzar şəxslərin paylaşımlarını izləmək, video, foto, musiqi və s. kimi media məzmunlu məlumatları paylaşmaq, internet forumlar təşkil etmək, veb sayt və ya bloqlar yaratmaq və s. kimi işlər üçün əvəzolunmaz vasitədirlər. Son zamanlarda ən məşhur olan sosial şəbəkələrin siyahısı aşağıdakı cədvəldə təsvir olunmuşdur:

Sosial Şəbəkələr

Qarşılıqlı münasibətlər üçün

Facebook, Vkontakte, Odnaklassniki, LinkedIN,
Google Plus, Myspace, Loveplanet, Tsu, Muut, Ello, Xing və s.

Media məzmunların mübadiləsi üçün

Youtube, Instagram, Flickr, Snapchat, Vimeo,
Twitch, 500px

Onlayn icmalar rəylər

Foursquare, Uber, Yelp, TripAdvisor, Yandex
Market

Kollektiv müzakirə forumları

Quora, Reddit, Digg, Ixbt, 4PDA

Müəllif yazıları platforması

Blogger, Medium, Tumblr, Livejournal, Twitter

Sosial əlfəcin xidmətləri

Stumble Upon, Pinterest, Flipboard, Scoop.it!,
Diigo

Maraqlara əsaslanan şəbəkələr

Goodreads, Last.fm, FriendSter, Tagged, IMDB

Bunlardan başqa bütün dünyada məşhur olan Whatsapp, WeChat, Skype, Viber, Baidu Tieba, Classmates, Badoo, Imo Messenger kimi şəbəkələri də göstərmək olar.


13.6. Sənəd və sənəd dövriyyəsi.


Əvvəllər müəssisələrdə sənədlərin idarə edilməsi üçün kağız sənədlər qovluqlara yığılır, onlar kartlarla təchiz edilir və şkaflarda saxlanılırdı. Qovluqlar işlərə tikilirdi və nəhəng dəftərxanalar yaradılırdı. Yeni texnologiyaların inkişafı nəticəsində kağız sənədlər elektron sənədlərlə əvəz edilməyə başladı. Hər il elektron sənədlərin sayının sürətlə artması müşahidə olunur. Bu gün ofisdə sənədlərin əksəriyyəti elektron formada hazırlanır, lakin onların 80 faizi təsdiqlənməsi, icrası, göndərilməsi və s. məqsədlərlə kağızlara çap olunur. Bir çox müəssisələrdə elektron sənədlərin saxlanılması və birgə istifadəsi üçün fayl serverlər yaradılır, sənədlərin razılaşdırılması, yayılması və s. məqsədlərlə onlar elektron poçt vasitəsilə göndərilir.


İlk növbədə bəzi anlayışlarla tanış olaq:
İnformasiya dedikdə, bizi əhatə edən maddi varlığın və ya hər hansı ictimai, iqtisadi və sosial hadisənin keçmişi, indiki vəziyyəti və gələcəyi haqqında xəbərlər çoxluğu başa düşülür. İnformasiya sənədli və sənədsiz ola bilər. Sənədsiz informasiyaya telefon və ya digər ötürücü qurğular vasitələri ilə verilən informasiyalar aiddir.
Kargüzarlıq dedikdə, sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür. Hər hansı məsələ və hadisəyə həsr edilmiş sənəd çoxluğuna sənədləşdirmə deyilir.
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.
Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir.
Qeyd olunma vasitələrindən asılı olmayaraq bütün sənədlər beş böyük qrupa bölünür:

    • Təşkilati-sərəncamverici sənədlər;

    • Maliyyə-hesabat əməliyyatları üzrə sənədlər;

    • Kommersiya sənədləri;

    • Kadr sənədləri;

    • Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlər.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin