Kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi və ya hədəflənməsidir



Yüklə 1,93 Mb.
səhifə20/53
tarix01.01.2022
ölçüsü1,93 Mb.
#105864
1   ...   16   17   18   19   20   21   22   23   ...   53
Zərbələr "dəf edilib"

İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti Azərbaycan prezidentinin saytı tamamilə işlək vəziyyətdə olduğunu və olunan bütün həmlələr dəf edildiyini bildirir. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılmış və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb.

APA saytı hücumla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Agentlik cümə axşamı yaydığı bəyanatda vesti.az və apa.az saytlarının şiddətli və təkrar kiber həmlələrə məruz qaldığını bildirib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərildiyini qeyd edir (Ermənistan və Azərbaycan.., 2012).



26.02.2014.

Ermənilərin xəbər saytı Aysor.am kiber hücuma məruz qalıb.



Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sayt “Anti armenian team” xaker qrupu tərəfindən dağıdılıb.

Saytın əsas səhifəsində Xocalı faciəsinə həsr olunmuş video-çarx və Xocalının tarixi və onun erməni işğalçıları tərəfindən məhv edilməsi haqda məlumat verilib.

Qeyd edək ki, “Anti armenian team” xaker qrupu Azərbaycan tarixinin faciəvi günlərində erməni saytlarına hücum edərək həmin faciə haqda məlumat yerləşdirir. Bu artıq demək olar ki, ənənə halını alıb (Azərbaycanlı xakerlər erməni.., 2014).

12.08.2014.

Azərbaycanlı xaker daha 3 erməni saytını dağıdıb. ANS PRESS-in məlumatına görə, "C37HUN" ləqəbli xaker dağılan saytlarda "Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qanı yerdə qalmayacaq" sözlərini yazıb. Xaker bu hücumları son günlər cəbhə xəttində baş verən gərginlik zamanı şəhid olan əsgərlərimizin xatirəsinə edib.

Hakerin dağıtdığı saytların mirrorları:

http://zone-h.org/archive/notifier=C37HUN

Dağıdılan saytlar bunlardır:

http://bond.am/

http://globo.am/

http://adon.am/

Qeyd edək ki, bir müddət öncə, cəbhədə gərginlik yüksəldiyi bir vaxtda erməni xakerləri Azərbaycan saytlarına kiber hücumlar etmişdi. Xakerlərin məqsədi Azərbaycan mətbuatında yayılan informasiyaların beynəlxalq ictimaiətdən gizlətmək idi (Azərbaycanlı xaker daha 3.., 2014).

25.08.2016.

Azərbaycanlılardan ibarət "Anti-armenia Team" adlı xaker qrupu tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib.
Qrupun mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən kiber hücum nəticəsində ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilib.

Əldə olunmuş informasiyalar arasında ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülüb. Bundan əlavə hakerlər bu informasiyaların arasında ermənilərin Amerika Birləşmiş Ştatların digər ölkələrlə münasibətinə qarışaraq bu ölkələrdəki diplomatları və rəsmi şəxslərinin adına ləkə gətirəcək qara yaxma xarakterli, eləcə də bu şəxslərin fəaliyyətinə başqa don geydirən analitik yazıya rast gəliblər.

Nəzərinizə çatdırmaq istəyirik ki, İnformasiya təhlükəsizliyi sahəsində böyük uğurlara imza atmış və dəfələrlə düşmən tərəfini təşfişə salan səs-küylü kiber hücumlar həyata keçirmiş "Anti-armenia Team" 5 ildir müstəqil fəaliyyət göstərən yeganə xaker qrupudur (Azərbaycanlı xakerlər.., 2016).


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin