27.06.2018
Anti-armenia Team-in hakerləri tərəfindən ermənistana geniş miqyaslı kiber hücumlar həyata keçirilib.
Xeberler.az bildirir ki, azərbaycanlı gənclərdən ibarət olan haker qrupu Azərbaycan ordusunun 100 illiyi ilə əlaqədar olaraq Ermənistanın dövlət saytlarını dağıdaraq həmin saytlara bəzi vətənpərvər şüarlar yazıb.
Belə ki, Anti-armenia Team-in rəhbəri Ferid23 kod adlı haker tərəfindən ermənistan parlamentinin və həmçinin ermənistanın bütün nazirliklərinə və dövlət təşkilatlarına məxsus olan elektron sənəd dövriyyəsi sistemi dağıdılıb, dağıdılan saytlarda “Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!” sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilmişdir (Azərbaycanlı hakerlər Ermənistanın.., 2018).
Dostları ilə paylaş: |