26.06.2016.
NATO-nun Rusiya ilə kibertəhlükəsizlik sahəsində danışıqlardan imtina etməsini Moskva cavabsız qoymayacaq
Bunu Rusiya mətbuatına müsahibəsində Rusiya prezidentinin xüsusi nümayəndəsi Andrey Krutski söyləyib.
Onun sözlərinə görə, NATO bu danışıqlardan imtina gücünü nümayiş etdirməyə çalışır. O, Rusiyanın öz milli maraqlarını kiminsə tapdalamasına izn verməyəcəyini bildirib (Rusiya NATO ilə.., 2016).
24.10.2016.
Rusiyanın əsas informasiya sistemləri ABŞ-dan mümkün kiberhücumlara qarşı etibarlı şəkildə müdafiə olunur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Rabitə naziri Nikolay Nikiforov söyləyib. Onun sözlərinə görə, əsassən dövlət orqanları, atom stansiyaları, müdafiə və təhlükəsizlik xarakterli obyektlər ciddi müdafiə olunur:
"Təbii ki, burada 100%-lik müdafiədən söhbət gedə bilməz. Müdafiə heç vaxt tam yekun proses deyil. Hər gün hücum vasitələri inkişaf edir. Bu gün əsas problem smartfon telefonlardır. Rusiyada ən azı 70 milyondan çox smartfon var. Bunların hamısı xarici istehsaldır və hər birində Amerikanın əməliyyat sistemləri var. Onlarla istənilən şeyi etmək olar. Bir gecə ərzində bütün ölkədəki smarfonları yeniləyib, burada istənilən şeyi yerləşdirmək olar. ABŞ belə bir şeyi istənilən an edə bilər".
Qeyd edək ki, ABŞ vitse-prezidenti Cozef Bayden Rusiyanın kiberhücumlarına cavab veriləcəyini və yaxın zamanlarda Prezident Vladimir Putinə mesaj çatdırılacağını söyləyib. Kreml isə öz növbəsində ABŞ-a heç bir kiberhücum təşkil etmədiyini və Vaşinqtonun istənilən hücumuna sərt cavab veriləcəyini açıqlayıb (Rusiyadan kibersavaş etirafı.., 2016).
Dostları ilə paylaş: |