Konfians Austreliya Pty Ltd şirkətinin Azərbaycan Respublikasındakı Filialı sizi “İşəqəbul Prosesinin səmərəli təşkili və Müsahibə Aparma Bacarıqları” mövzusunda keçirəcəyi treyninqə dəvət edir



Yüklə 19,41 Kb.
tarix21.10.2017
ölçüsü19,41 Kb.
#7558


Branch Office

Caspian Plaza III, Level 9

44, J. Jabbarly Street

Baku AZ1065 Azerbaijan

Ph:+99412 436 9457 Fax:+99412 436 9458

E: info@confiance.az





Kredit Mütəxəssislərinin Hazırlığı Kursu

Konfians Austreliya Pty Ltd şirkətinin Azərbaycan Respublikasındakı Filialı sizi “Kredit Mütəxəssislərinin Hazırlığıi” mövzusunda təşkil etdiyi kursa dəvət edir. Bu treyninq kursu əsasən hal-hazırda çalışan kredit mütəxəssisləri, yeni çalışmağa başlayan kredit işçiləri və karyersını bu sahədə inkişaf etdirmək istəyən digər şəxslər üçün nəzərdə tutulmuşdur.

Kurs aşağıdakı mövzuları əhatə edir:

  1. Malyyə İnstitutu haqqında ümumi məlumat

  2. Maliyyə İnstitularında şöbələr və əməliyyatlar

  3. Kredit məhsulları və kreditləşmə metodları

  4. Kreditvermədə istifadə olunan prosedur və qaydalar

  5. Müraciətçilərlə işin təşkili-Biznesin qiymətləndirilməsi (5 C prinsipi)

  6. Kredit komitələri və kreditlərin qiymətləndirilməsi meyarları

  7. Kreditlərin rəsmləşdirilməsi (Sənədləşdirilməsi)

  8. Kreditlərin İdarə olunması

  9. Kreditlərə nəzarət və monitorinq

  10. Risklərin idarə olunması


Treyninqin nəticəsində iştirakçılar aşağıdakı bacarıqlara yiyələnəcəklər:

  • Kreditə müraciətçilərdən uyğun müştərini seçmək

  • Müştərinin biznesinin təhlilini həyata keçirmək: Gəlir-zərər cədvəli, balans və pul dövriyyəsi cədvəllərinin hazırlanmsı, girovların qiymətləndirilməsi

  • Kredit layihələrinin qiymətləndirilməsi və kredit komitələrində onların müdafiəsini həyata keçirmək

  • Verilməsində iştirak etdiyi kredit layihələrinin idarə etmək

  • Kreditlərin təsnifatını və riskərin idarə olunmasını həyata keçirmək


Treyninqin dili:

Treyninq Azərbaycan dilində keçiriləcəkdir.
Treyninqin müddəti və tarixi:

Bu treyninq kursu 10 gün ərzində, hər gün 2 saat olmaqla həftə içi 1, 3, 5-ci günlər saat 18:30-dan 21:00-dək müddətdə keçiriləcəkdir. Treyniq 27 aprel tarixində başlanacaqıdr.


Treyninq aparan mütəxəssis barədə ətraflı məlumat növbəti səhifədə verilmişdir.
Treyninqdə iştirak haqqı:

Bir nəfər iştirakçı üçün 300 AZN-dir. Eyni müəssisədən iki və daha artıq iştirakçı iştirak etdiyi halda treyninq haqqına güzəşt edilir.


Treyninqinin sonunda imtahandan müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunacaqdır
Keçiriləcəyi yer:

Kaspian Plaza 3, 9-cu mərtəbə

44, C. Cabbarlı küçəsi

Konfians şirkəti

İradə Mikayılova

Qeydiyyat

İştirak etmək üçün, buyurun, qoşma müraciət formasını e-mail ilə info@confiance.az ünvanına göndərin.

Daha ətraflı məlumat üçün, farida@confiance.az e-mail ünvanına yazaraq və ya 436-94-57 nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.

Qeydiyyat forması

İştirakçının adı:




E-mail ünvanı:




Telefon:




Cari məşğuliyyəti/İş yeri:



Treyner barədə məlumat:



İradə Mikayılova

İ. Mikayılova 1984-cü ildə Quba Kənd Təsərrüftı Texnikomunu, 1993-cü ildə Bakı Dövlət Unversitetinin biologiya fakültəsini bitirmiş, 1998-2000-ci illər ərzində TASİS proqramının REPABSU layihəsi nəzdində Biznesin İdarəedilməsi üzrə kursu bitirmiş, bundan əlavə yerli və xarici təlim müəssisələrinin təşkil etdiyi Mikromaliyələşmə, İdarəetmə, Kiçik və orta Biznesin inkişafı, Terynerlər üçün treyninq və s. kimi təlim kurslarında iştirak etmiş, 8-ci və 10-cu Mikromaliyyə Konfranslarının iştirakçısı olmuşdur. Hal-hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Mühasibat Uçotu və Daxili Audit ixtisası üzrə təhsilini davam etdirir.

Mikromalyyə sahəsində 8 ildən artıq təcrübəyə malik olan İ. Mikayılova, bu sahədə iş təcrübəsinə 1998-ci ildə Quba Konsulting şirkətində Məsləhçi kimi başlamış, 2002-ci ildən etibarən CredAgro QBKT-də Nümayəndəlik meneceri, Region üzrə menecer, Əməliyyatlar və İnsan Resursları üzrə menecer vəzifələrində çalışmış, həmçinin idarə heyətinin üzvü olmuşdur. Hal-hazırda “Quba Biznes Mərkəzi”ində treninq menecer/ kadr üzrə mütəxəsis vəzifəsində çalışır.

İ. Mikayılova 1999-2000-ci illərdə Quba Konsulting Şirkətinin, 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Quba, Xaçmaz, Salyan, Dəvəçi, Siyəzən rayonlarında sahibkarlara biznesin idarəedilməsi üzrə, 2006-2007-ci illərdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkil etdiyi kreditvermə və audit shələri üzrə təlimlər keçmişdir.





www.confiance.com.au



Yüklə 19,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin