Bankın məsul əməkdaşı rəhbər vəzifə tutur, öz öhdəliklərinin yerinə yetirilməsi zamanı müstəqil qərarların qəbul edilməsi üçün kifayət iş təcrübəsi və səlahiyyətlərinə malikdir.
Məsul əməkdaş Bankın PY/TMM sahəsində AR qanunvericiliyi və hazırkı Siyasətlə müəyyən edilmiş daxili nəzarət tələblərinə riayət etməsinə görə məsuliyyət daşıyır və Bankın bütün əməkdaşlarının PY/TMM məqsədilə daxili nəzarət prosedurlarını yerinə yetirmələrini təmin edir.
Məsul əməkdaş həmçinin məlumatların MMX-nə göndərilməsi prosedurlarının təşkilinə görə məsuliyyət daşıyır. Həmçinin onun vəzifələri MMX-dən, eləcə də dövlət nəzarət və hüquq mühafizə orqanlarından daxil olan informasiyanın təqdim edilməsi haqqında əsaslandırılmış sorğulara operativ reaksiya göstərmək də daxildir.
Məsul əməkdaş hər il PY/TMM sahəsində işlərin effektliliyi, cinayət gəlirlərinin yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı mövcud risklər haqqında Bankın ali rəhbərliyinə məruzə edir. Bu informasiya həmçinin Bank VTB ASC-nin Məsul əməkdaşının da diqqətinə çatdırıla bilər.