Konstitusiya Məhkəməsi haqqında


Maddə 47. Məhkəmə iclasının təxirə salınması



Yüklə 322,1 Kb.
səhifə8/11
tarix25.10.2017
ölçüsü322,1 Kb.
#12451
1   2   3   4   5   6   7   8   9   10   11

Maddə 47. Məhkəmə iclasının təxirə salınması


47.1. Məhkəmə iclası aşağıdakı hallarda təxirə salına bilər:

47.1.1. məsələnin əlavə öyrənilməsinə ehtiyac olduqda;

47.1.2. yeni sübutları tədqiq etmək zərurəti yarandıqda;

47.1.3. yetərsay olmadıqda;

47.1.4. baxılan məsələnin tam araşdırılmasına maneə törədən başqa hallar olduqda.

47.2. Bu qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi iclasının keçiriləcəyi yeni tarixi təyin edir. Baxılması təxirə salınan iş üzrə iclas əvvəldən və ya onun təxirə salındığı andan başlayır.


Maddə 48. İşə baxılmasının təzələnməsi


48.1. Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra Konstitusiya Məhkəməsi iş üzrə xüsusi əhəmiyyət kəsb edən əlavə halların aşkar edilməsinin və ya yeni sübutların tədqiq edilməsinin zəruri olduğunu müəyyən edərsə, işə baxılmasının təzələnməsi haqqında qərardad çıxarır.

48.2. Əlavə tədqiqatların yekunlaşmasından sonra tərəflər və ya maraqlı subyektlər yalnız yeni baxılmış hallar və sübutlarla əlaqədar təkrar yekun çıxışları etmək hüququna malikdirlər.


Maddə 49. İş üzrə icraata xitam verilməsi


Məhkəmə iclasının gedişində sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunması əsasları aşkar edildikdə, habelə sorğu, müraciət və ya şikayət geri götürüldükdə Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə icraata xitam verir.

Maddə 50. Konstitusiya Məhkəməsində məhkəmə xərcləri


50.1. Konstitusiya Məhkəməsində icraat ödənişsizdir.

50.2. Konstitusiya Məhkəməsində iş üzrə icraata çəkilən xərclər dövlət büdcəsindən ödənilir.


Maddə 51. Məhkəmə iclasının protokolu


51.1. Məhkəmə iclasının katibi Konstitusiya Məhkəməsi iclasının protokolunu aparır. Konstitusiya Məhkəməsi iclasının protokolu konstitusiya işinin materiallarına daxil edilir.

51.2. Konstitusiya Məhkəməsi iclasının protokoluna dair qeydlər verildikdə Konstitusiya Məhkəməsi on gün ərzində həmin qeydlərə baxmalı və onların protokola daxil edilməsi, yaxud rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

 

Yeddinci fəsil



MÜXTƏLİF NÖV KONSTİTUSİYA İŞLƏRİ ÜZRƏ KONSTİTUSİYA İCRAATININ XÜSUSİYYƏTLƏRİ

Maddə 52. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar sorğu və ya şikayətə baxılmasının xüsusiyyətləri


52.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.

52.2. Sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.

52.3. Sorğu və ya şikayətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.

52.4. Konstitusiya Məhkəməsinin Plenumu ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədi ilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə olunan normativ hüquqi aktın və ya bələdiyyə aktının icrasının dayandırılmasına dair qərar qəbul edə bilər və tərəflərə mübahisənin məhkəməyədək nizamlanmasını təklif edə bilər.


Maddə 53. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğuya baxılmasının xüsusiyyətləri


53.1. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğu haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin palatalarının iclasına çıxarılır, sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.

53.2. Sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gün sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.

53.3. Sorğuya Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 30 gün keçənədək başlanmalıdır.

Maddə 53-1. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri[12]

53-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.

53-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.

53-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.

53-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.

53-1.5. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.

53-1.6. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin