314. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur? heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
Vətənə sədaqət hər bir vətəndaşın hüququdur.
insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasında heç kim tərəfindən və heç bir halda məhdudlaşdırıla bilməz.
şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilir.
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.
315. “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” – müddəsasının Azərbaycan Respublikası Konstitusiyasına əsasən aid olduğu maddə: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı”
“Təqsirsizlik prezumpsiyası”
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”
“Şəxsi toxunulmazlıq hüququ”
“Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”