369. Normativ-hüquqi aktların dərc edilməsi qaydası müəyyənləşdirilir: Qanunla;
Konstitusiya ilə;
Konstitusiya qanunu ilə;
Fərmanla;
Konstitusiya qanunu və qanun.
370. Yanlış variantı müəyyən edin. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan dövlətçiliyinin varisliyini Azərbaycan Respublikasının Prezidenti təmin edir.
Azərbaycan Respublikasında mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.