378. Konstitusiyaya görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə məhdudlaşır: yalnız hüquqla
yalnız Prezidentin əmr və fərmanları ilə
yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
yalnız Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə
yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla
379. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır? Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir
Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz
Azərbaycanın dövlət sərhədləri yalnız Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə, Azərbaycan xalqının iradəsi əsasında dəyişdirilə bilər
380. 18 mart 2009-cu il referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavəyə görə: 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Dövlət büdcəsi ilə əlaqədar referendum keçirilə bilməz.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.