Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
Mülkiyyətçinin yalnız müştərək əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
Mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifdə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
Mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlak barəsində sərəncam vermək hüquqlarından
Hec birindən
280. Mülkiyyət sahibi mülkiyyətdən hansı yolla məhrum edilə bilər?
Məhkəmənin qərarı
Milli Məclisin qərarı
Prezidentin sərəncamı
Nazirlər Kabinetinin qərarı
İcra hakimiyyətinin qərarı ilə
281. Əmlakın tam müsadirəsinə hansı halda yol verilir?
Yol verilmir
Əmlak sahibi cinayət törətdikdə
Müharibə baş verdikdə
Hərbi və ya fövqəladə hallarda
Bütün hallarda
282. Hansı məqsədlər üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir?
Xalq ehtiyacları
İctimai ehtiyaclar
Milli ehtiyaclar
Dövlət ehtiyacları
Heç bir ehtiyacı
283. Dövlət ehtiyacları üçün mülkiyyətin özününkiləşdirilməsi hansı yolla həyata
keçirilir?
Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə
Yalnız sonradan onun dəyərini ədalətli ödəmək şərti ilə
Yalniz qabaqcadan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə
Yalniz sonradan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə
Heç bir yolla
284. Vərəsəlik hüququna kim təminat verir?
Dövlət
Prezident
Baş Nazir
Millət vəkilləri
Məhkəmə
285. Kimin əqli mülkiyyət hüququ vardır?
Heç kimin
Vətəndaşlığı olmayan şəxslərin
Əcnəbilərin
Hər kəsin
Yalnız Alimlərin
286. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri
nə ilə qorunur?
Qərar
Fərman
Qanun
Sərəncam
Göstəriş
287. Kimin təhlükəsiz yaşamaq hüququ vardır?
Hər kəsin
Valideynlərin
Uşaqların
Yaşlıların
Heç kimin
288. Kimlərin şəxsi toxunulmazlıq hüququ vardır?
Hər kəsin
Valideynlərin
Hərbçilərin
Əcnəbilərin
Heç kəsin
289. Hansı halda şəxsi və ailə həyatına müdaxilə etmək mümkündür?
Heç bir halda
Milli Məclisin qərarı
Prezidentin fərmanı ilə
Qanunla nəzərdə tutulan hallarda
Bütün hallarda
290. Aşağıdakılardan hansı düzgündür?
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən şikayət etmək hüququ vardir
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən qorunmaq hüququ vardır
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilə ilə bağlı informasiya vermək hüququ vardır
Heç biri
291. Kimlərə şəxsi həyat haqqinda məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir?
Heç kimə
Millət vəkillərinə
Hakimlərə
Hərbçilərə
Hər kəsə
292. Aşağıdakilardan hansı düzgündür?
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir
Milli Məclisin qərarı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir
Nazirlər Kabinetinin sərəncamı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, çap olunmasına, istifadəsinə və yerləşdirilməsinə yol verilmir
Heç biri
293. Şəxsin izləməyə, video və foto çəkilişə, səs yazısına və digər bu cür hərəkətlərə
məruz qalması hansı halda mümkündür?
Qanunla müəyyən edilmiş hallarda və şəxsin öz razılığı ilə
Milli məclisin qərarı ilə
Baş prokurorun göstərişi ilə
Daxili işlər nazirinin əmri ilə
Heç bir halda
294. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna kim təminat verir?
A) Dövlət
B) Rabitə və informasiya texnologiyaları naziri
C) Beynəlxalq təşkilatlar
D) Baş nazir
E) Hər kəs verə bilər
295.Yanlış variantı müəyyən edin.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan dövlətçiliyinin varisliyini Azərbaycan Respublikasının Prezidenti təmin edir.
Azərbaycan Respublikasında mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
296. Verilmiş müddəalardan hansı Konstitusiyanın “Sosial inkişaf və dövlət” maddəsinə aiddir?
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
297. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasındakı “Din və dövlət” maddəsinə aid deyil?
Azərbaycan Respublikasında dövlət dini islam dinidir.
dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Azərbaycan ərazisində insan ləyaqətini alçaldan və ya (dini cərəyanların) yayılması və təbliği qadağandır.
298.Azərbaycan Respublikasının Konstitusiyasında xalqımızın təntənəli surətdə bəyan etdiyi niyyətlərə aiddir:
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq
millətçilik və böyük dövlətçilik ideyaları ruhunda tərbiyə olunmuş yeni nəsil yetişdirmək
xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən demokratik, hüquqi, dünyəvi dövlət qurmaq
hakimiyyətin irsiliyinin təmin edilməsinə nail olmaq
Konstitusiya çərçivəsində teokratik quruluşa təminat vermək
ədadlətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək
1, 3, 6
2, 4, 5
1, 2, 4
3, 4, 6
2, 5, 6
299. Konstitusiyaya görə Azərbaycan Respublikası rədd edir:
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni
xalqın suverenliyini və dövlətin ərazi bütövlüyünü qorumaq üçün Silahlı Qüvvələrdən istifadəni
insan və vətəndaşın əsas hüquqları və azadlıqları üçün real təhlükə yarandıqda silah tətbiq edilməsini
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı
Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda və ya Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda hərbi vəziyyətin tətbiqini
300. Konstitusiyaya görə Azərbaycan dövləti öz iqtisadiyyatını inkişaf etdirir:
bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaqla
iqtisadi münasibətlərdə inhisarçılığı möhkəmləndirməklə
infilyasiyanı artırmaqla
haqsız rəqabətə yol verilməməklə
azad sahibkarlığı təmin etməklə
1, 4, 5
2, 3, 4
1, 3, 5
2, 3, 5
1, 2, 4
301. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş Komandanıdır.
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, federativ respublikadır.
Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyini təcəssüm etdirir.
Azərbaycan Respublikasında icra hakimiyyətinə nazirlər kabineti rəhbərlik edir.
302.Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?
Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz
sərbəst və müstəqil surətdə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının vəzifəsidir
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan Respublikasının Prezidentidir
Azərbaycan Respublikasında yaşayan hər kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ vardır
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur
303. Konstitusiyaya görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə məhdudlaşır:
yalnız hüquqla
yalnız Prezidentin əmr və fərmanları ilə
yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
yalnız Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə
yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla
304. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?
Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir
Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz
Azərbaycanın dövlət sərhədləri yalnız Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə, Azərbaycan xalqının iradəsi əsasında dəyişdirilə bilər
305. 18 mart 2009-cu il referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavəyə görə:
Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Dövlət büdcəsi ilə əlaqədar referendum keçirilə bilməz.
15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
306. Düzgün variantı seçin.
Azərbaycan Respublikasının Konstitusiyasına görə:
insan və vətəndaş hüquqlarını və azadlqılarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
yalnız on səkkiz yaşına çatmış əmək qabiliyyətli uşaqların toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
hər kəsin istənilən üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
mülkiyyət toxunulmazdır və heç bir halda onun müsadirəsinə yol verilmir.
hərbi qulluqçuların, din xadimlərinin və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.
307. Azərbaycan Respublikasının Konstitusiyasına görə qadağandır:
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qulluğuna qəbul edilməsi
hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının və din xadimlərinin seçkilərdə iştirak etməsi
hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışıb mitinqlər, nümayişlər, küçə yürüşləri keçirməsi
kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının tətbiq edilməsi
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətini tənqid etməsi
308. Vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarına aiddir:
dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək
vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək
vətənə sədaqətli olmaq
vətəni müdafiə etmək
dövlət rəmzlərinə hörmət etmək
309. Azərbaycan Respublikasının Konstitusiyası ilə qadağan edilməmişdir:
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği
Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilməsi
Cəmiyyətin əsas özəyi kimi dövlətin ailəni xüsusi himayə etməsi
Manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
Azərbaycan dilindən başqa əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi
3, 5
2, 4
1, 3
2, 5
1, 4
310. Azərbaycan Respublikasının Konstitusiyasına görə:
vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.
hər kəs qanunda göstərilmiş həcmdən əlavə vergilər və dövlət ödənişləri ödəməyə məcbur edilə bilər.
Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsi heç bir halda məhdudlaşdırıla bilməz.
qanunu bilməmək vətəndaşların məsuliyyətdən azad edilməsi üçün əsas ola bilər.
şəxsin təqsirli olduğuna görə əsaslı şübhələr varsa, qanunla onun təqsirli bilinməsinə yol verilir.
311. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?
əmək müqavilələrinin bağlanması məcburidir və heç kəs əmək müqaviləsi bağlamadan işlədilə bilməz
hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır
valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur
hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır
heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz
312. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyətdən istifadə edilə bilməz:
iqtisadi münasibətlərdə inhisarçılıq əleyhinə
təbii ehtiyyatların mənimsənilməsi üçün
cəmiyyətin və dövlətin mənafeləri əleyhinə
insan ləyaqətini alçaldan dinlərin (dini cərəyanların) yayılması və təbliği əleyhinə
vətəndaş hüquqları və azadlıqlarının təmin olunması üçün
313. Azərbaycan Respublikasının Konstitusiyasına görə vətəndaşların azadlıqlarına aiddir:
istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq
tarix və mədəniyyət abidələrini qorumaq
vətəni müdafiə etmək
vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək
ətraf mühiti qorumaq
314. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?
heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
Vətənə sədaqət hər bir vətəndaşın hüququdur.
insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasında heç kim tərəfindən və heç bir halda məhdudlaşdırıla bilməz.
şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilir.
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.
315. “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” – müddəsasının Azərbaycan Respublikası Konstitusiyasına əsasən aid olduğu maddə:
“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı”
“Təqsirsizlik prezumpsiyası”
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”
“Şəxsi toxunulmazlıq hüququ”
“Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”
316. Azərbaycan Respublikası vətəndaşını müəyyən edən əlamətlər sırasına aid deyillər:
Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, doğulduğu ölkənin qanunlarına tabe sayılan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşlarından döğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşayan və Azərbaycan dövləti qarşısında beynəlxalq öhdəlikləri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının ərazisində yaşayan, hüquq və azadlıqlarının qorunmasına dövlət tərəfindən təminat verilən hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
1, 4, 5
1, 2, 3
2, 3, 6
4, 5, 6
1, 3, 6
317. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən əsas götürdüyü prinsiplər:
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər;
Hüquqi dövlət prinsipləri;
Qarşılıqlı anlaşma və güzəştə getmə prinsipləri;
Azərbaycan Respublikasının Konstitusiyasında “Əsas hüquqlar, azadlıqlar və vəzifələr”də təsbit olunmuş prinsiplər;
Xalqın və dövlətin mənafeyini qorumaq prinsipləri.
318. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən istəyir:
Ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini;
Ədalətin və azadlığın bərqərar olmasını;
Ədalətin və təhlükəsizliyin bərqərar edilməsini;
Ədadlətin, firavanlığın və təhlükəsizliyin, haqq-ədalətin bərqərar olmasını;
Xalqın azad, xoşbəxt və firavan olmasını
319. Azərbaycan xalqı təntənəli surətdə aşağıdakı niyyətini bəyan edir:
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
Hüquqi dövlət çərçivəsində demokratiyaya təminat vermək;
İnsanların hüquq və azadlıqlarına təminat vermək;
İnsanların əmək fəaliyyətinə təminat vermək;
İnsanların pensiya hüququna təminat vermək.
320. Müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkün etmədikdə seçkilərin keçirilmə qaydası
Hərbi əməliyyatların sonunadək uzadılır;
Seçkilər keçirilmir;
Seçkilərin keçirilməsi imkanı yarananadək bir il müddətinə uzadılır;
Atəşkəs imkanı yaranması ilə seçki keçirilir;
Milli Məclisin səlahiyyətləri icra hökumətinə həvalə olunur.
321. Hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin uzadılması barədə qərarı qəbul edir:
Konstitusiya Məhkəməsi
Milli Məclis
Prezident Adminstrasiyası;
Ali Məhkəmə;
İcra hakimiyyəti
322. Deputatlıqdan çıxanların yerinə seçkilər keçirilmir:
Səlahiyyət müddətinə 120 gündən az qaldıqda;
Səlahiyyət müddətinə bir ildən az qaldıqda;
Səlahiyyət müddətinə 300 gündən az qaldıqda;
Səlahiyyət müddətinə 200 gündən az qaldıqda;
Səlahiyyət müddətinə 100 gündən az qaldıqda.
323. Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, ilk iclasın keçirilmə vaxtı: