Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR



Yüklə 283,22 Kb.
səhifə4/14
tarix01.01.2022
ölçüsü283,22 Kb.
#103147
1   2   3   4   5   6   7   8   9   ...   14
Filizlərin növlərə ayrılması. İri filiz parçaları üzvlü və konusvari xırdalayıcılarda xırdalandıqdan sonra, xüsusi ələklərdən keçirilir və növlərə ayrılır. Kiçik hissəcikləri ayrıldıqdan sonra, yalnız ölçüsü 30-100 mm olan parçalar birbaşa əridilməyə göndərilir.

Filizlərin yuyulması (Yuma). Təbii qazıntı kimi çıxarılan filizlərin müəyyən qədər gil, qum kimi aşqarları olur. Bunları kənar etmək üçün filizlər əridilmədən əvvəl xüsusi yuyucu maşınlarda yuyulur.

Elekromaqnitlə zənginləşdirmə. Az dəmirli (cılız) və çoxlu miqdarda gərəksiz süxurları olan maqnitli filizlər aşağıdakı qayda üzrə hazırlanır. Bürüncdən hazırlanmış fırlanan barabanın üzərinə xırdalanmış filiz tökülür; kifayət qədər dəmir və maqnitlənmək xassəsinə malik olan filiz parçaları barabanın içərisində yerləşdirilmiş tərpənməz, çoxqütblü elektromaqnitin təsiri altında barabanın səthinə yapışır; belə təsirdən azad olan gərəksiz süxur, barabanın fırlanması ilə sürüşərək şaquli istiqamətdə gərəksiz süxur qabına tökülür; maqnit sahəsinin təsirindən uzaqlaşan zəngin filiz parçaları bu təsir qurtaran yerdə zəngin filiz qabına tökülür.


Yüklə 283,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin