Konstruksiya materiallarının inkişaf tarixi cəmiyyətin inkişafı ilə bağlı olmuşdur. İlk istifadə olunan konstruksiya materiallarına daş və ağac materialları aiddir. Konstruksiya materiallarının ilk tətbiqi inşaat sahəsində olmuşdur. Buna misal olaraq ağacdan və gildən hazırlanan məmulatları göstərmək olar. Konstruksiya materiallarının yeni inkişaf dövrü eramızın ikinci minilliyindən başlayıb. Artıq insanlar sudan istifadə edərək enerji almağa nail olmuşdular. Alınan enerji hesabına maşın və mexanizmləri hərəkətə gətirmək olurdu. Konstruksiya materialları konstruksiyaların - maşın hissələrinin və mexanizmlərin, cihazların, qurğuların, nəqliyyat vasitələtinin və s. hazırlanması üçün istifadə olunan materiallardır. Konstruksiya materialları yüksək konstruktiv möhkəmliyə malik olmalıdır. Hissə və konstruksiyaların hazırlanması üçün istifadə olunan materialların seçilməsi zamanı uzunömürlülük, möhkəmlik, etibarlılıq və emal xüsusiyyətləri nəzərə alınmalıdır. Kompozisiya materialları təyyarələrin, raketlərin, energetika və nəqliyyat maşınlarının və s. istehsalında geniş istifadə olunur.
Konstruksiya materialları aşağıdakı qruplara ayrılır:
Metal konstruksiya materialları
Qeyri metal konstruksiya materialları
Kompozisiya materialları
Texnoloji emal üsullarına görə konstruksiya materialları aşağıdakılara ayrılır:
Konstruksiya materiallarının fiziki xassələrinə rəng, sıxlıq, ərimə temperaturu, istilikkeçirmə, istilikdən genişlənmə, elektrikkeçirmə aiddir. Rəng –materialın səthində işıq spektrinin əksinin insanıngözlə görmə xüsusiyyətidir. Bu xüsusiyyət bütün materiallara xasdır. Rəngə görə konstruksiya materialının növünümüəyyən etmək olar. Məs: alüminium-ağ, dəmir-qara və s. olur. Sıxlıq- kütlənin həcmə olan nisbətidir. Sıxlıq aşağıdakı düsturla hesablanır