Faner tavaları 7 və daha çox soyulmuş şpon layından hazırlanan tavadır. Fenolformaldehid və karbamidformaldehid qətranları ilə hazırlanır.
Xarrat tavaları hər iki tərəfinə ikiqat soyulmuş şpon yapışdırılmış reykalarda hazırlanmış lövhələrdən ibarətdir.
Ağac yonqar tavaları oduncaq hissəciklərinin yapışdırıcılarla isti preslənməsi nəticəsində alınır. AYT mebel istehsalında, inşaatda və digər sahələrdə istifadə olunur.
Laminat sintetik qətran örtüklü xüsusi tavadır. Bu tavalar nəmlik və temperatur təsirlərinə qarşı yüksək dayanıqlıdır. Laminat tavaların səthləri mexaniki zədələrə qarşı dayanıqlıdır və cızılmır.
Ağac lifli tavalar ağac liflərinin isti preslənməsi nəticəsində alınan materialdır. Ağac lifləri xammalın buxarla emalı və xırdalanması nəticəsində alınır.
MDF-in sənaye şəklində istehsalına 1966-cı ildən ABŞ-da başlanılıb. MDF ingilis dilində “Medium Density Fibreobard” adlandırılır. Bunun mənası orta sıxlıqlı lifli örtük deməkdir. MDF tavalar mebel istehsalı üçün nəzərdə tutulub.
Xarrat tavaları hər iki tərəfinə ikiqat soyulmuş şpon yapışdırılmış reykalarda hazırlanmış lövhələrdən ibarətdir. Lövhənin hazırlanma üsuluna görə xarrat tavaları aşağıdakılara ayrılır:
NR-reykalar öz aralarında yapışdırılmamış;
SR-reykalar öz aralarında yapışdırılmış;
BR-nazik taxtalardan və soyulmuş şpondan blok şəklində yapışdırılaraq hazırlanmış.
Xarrat tavaları ekoloji təmiz, daha möhkəm və uzunömürlü hesab olunur. Əyilmədə möhkəmlik həddi AYT-na nisbətən yüksəkdir.
Xarrat tavaları mebel istehsalında, gəmiqayırmada, vaqonqayırmada istifadə olunur.
Laminat sintetik qətran örtüklü xüsusi tavadır. Bu tavalar nəmlik və temperatur təsirlərinə qarşı yüksək dayanıqlıdır. Laminat tavaların səthləri mexaniki zədələrə qarşı dayanıqlıdır və cızılmır. Xarici görünüşünə görə həmişə təzə görünür. Tavaların hazırlanma texnologiyası sadədir. Dekorativ kağız xüsusi sintetik qətranla hopdurularaq AYT-nın səthinə yüksək temperatur və təzyiq altında yapışdırılır. Sonra üstdən ikiqat melamin qətran çəkilir. Laminat mebel istehsalında geniş istifadə olunur.