Lifli kompozisiya materialları müxtəlif liflər vasitəsilə gücləndirilmiş materialdır. Lifli kompozitlərin möhkəmləndirilməsi üçün liflər və ya sapşəkilli kristallar istifadə olunur. Onların hətta az miqdarda istifadəsi materialın mexaniki xassələrini yaxşılaşdırır. Möhkəmləndirmə zamanı liflərin istiqaməti, onların ölçüləri və konsentrasiyası kompozit materialların xassələrini daha geniş şəkildə dəyişdirir.
Möhkəmləndirmə üçün karbon, bor, şüşə, bazalt və ya polimer liflər istifadə olunur. Təbii lif olan ağac, xüsusilə sellüloz lifləri kompozitlərə maraqlı xassələr versə də az istifadə olunur. Bu qrup kompozisiya materiallarının hazırlanması üçün əsasən aşağıkeyfiyyətli oduncaq və tullantılar istifadə olunur.
Şüşə plastiklər.
Şüşə plastiklər- Şüşə plastiklər şüşə lifləri ilə möhkəmləndirilmiş Polimer KOMPOZISIYA Materiallarının. Burada əridilmiş qeyri üzvi şüşədən istifadə olunur. Matrisa kimi adətən, termoreaktiv qətranlar (fenol, epoksid, poliefir və s.) və termoplastik qətranlar (poliamidlər, polietilen, polistirol və s.) istifadə olunur. Bu materiallar kifayət qədər möhkəmliyə, aşağı istilikkeçirməyə, yüksək elektrikizolyasiya xassələrinə malikdir. Onlar radiodalğalar üçün şəffafdır. Şüşəplastiklərin istifadəsinə ikinci Dünya müharibəsinin sonlarında başlanılmışdı. Onlardan antennaların (lokatorların) hazırlanmasında istifadə olunurdu. Hörülmüş şüşə liflərindən alınan material şüşətekstolit adlanır. Şüşə plastiklər ucuzdur və onlar inşaatda, gəmiqayırmada, , məişət əşyalarının, , müasir pəncərə çərçivələrinin və s. hazırlanmasında geniş istifadə olunur.