Qalay. Gümüşü-ağ sarımtıl çalarlı yumşaq metaldır. Ərimə temperaturu 231,9°С, qaynama temperaturu isə 2270°С-dir. Təmiz qalay otaq temperaturunda aşağı mexaniki möhkəmliyə malikdir. Buna görə də nadir hallarda istifadə olunur. Adətən, qalay təmiz halda və ya digər metallarla qarışıq halda təhlükəsiz, zəhərsiz, korroziyaya dayanıqlı örtük əmələ gətirir. Qalayın buxarı və aerozol hissəcikləri təhlükəlidir. Belə ki, uzun müddət nəfəs aldıqda ağ ciyər xəstəliklərinə səbəb ola bilər.
Qalay bahalı metaldır. Buna görə əsasən tuncdan istifadə olunur və onlar da qalayı alüminiumla, silisiumla, manqanla və digər elementlərlə əvəz edirlər. Sürtünməyə qarşı dayanılqlıdır. Əsas etbarılə yastıqların hazırlanmasında istifadə olunur.
Sink. Mavi çalarlı ağ rəngdə kövrək metaldır. Sink məmulatları atmosfer təsirlərinin korroziyasına qarşı mühafizə etmək üçün örtük təbəqə kimi istifadə olunur. Kimyəvi tərkibindən asılı olaraq 6 markası var: SB (99,99 % sink), S0, S1, S2, S3, S4 (99,50 % sink).
Sink lövhələri poliqrafiyada geniş istifadə olunur.Ərimə temperaturunu azaltmaq məqsədilə bir çox metallara əlavə olunur.
ərintilərindən texniki furnituranın-maşın dəstəklərinin, karbürator korpuslarının və s. hazırlanmasında istifadə olunur.
Qurğuşun.Bozumtul göy rəngdə yumşaq metaldır. Havanın təsirindən rəngi tez qaralır. Bir şox reagentlərə qarşı korroziyaya dayanıqlıdır. Qurğuşun yaxşı tökülmə və yayılma qabiliyyətinə malikdir. Qurğuşunun 6 markası var: CO (99,992 % qurğuşunlu), C1, C2, C3, C4 (99,60 % qurğuşun).
Qurğuşunun çatışmayan cəhəti vibrasiyalara qarşı zəif olması, üzvi çürüyən maddələrə, həmçinin əhəngə, betona və digər maddələrə qarşı korroziyaya dayanıqlığının aşağı olmasıdır. Qurğuşun və onun buxarı, həmçinin müxtəlif birləşmələri insan üçün zəhərlidir.
Alüminium, maqnezium, titan.
Alüminium. Alüminium ağ rəngli yumşaq metal olub, alüminium filizindən-boksitlərdən elektroliz yolu ilə alınır. Yaxşı yayılma və döyülmə xüsusiyyətinə malikdir. Alüminium yüngüldür, elektrikkeçirməyə və korroziyaya qarşı yüksək dayanıqlıdır. Bir neçə markada istehsal olunur.Ən yüksək təmizliyə AB0000 markalı (99,996 % aliminium) alüminium malikdir. Ondan elektrik naqilləri, soyuducular üçün ziqzaqşəkilli buxarlandırıcılar və s. hazırlanır.
Konstruksiya materialı kimi alüminiumun çatışmayan cəhəti onun möhkəmliyinin az olmasıdır. Buna görə də onu müəyyən miqdar mis və maqneziumla (ərinti düralüminium adlanır) əridirlər.
İnşaatda alüminium ərintilərinin tətbiqi konstruksiyaların metala olan tələbatını azaldır vəekstremal şəraitdə (aşağı temperaturda, zəlzələlərdə və s.) onların uzunömürlülüyünü və etibarlılığını artırır.
Alüminium müxtəlif nəqliyyat növlərinin hazırlanmasında geniş istifadə olunur. Aviasiya sənayesində əsas konstruksiya materialı hesab olunur. Alüminium və onun ərintiləri gəmiqayırmasənayesində gəmi korpuslarında, göyərtədə, kommunikasiyalarda və müxtəlif gəmi avadanlıqlarında istifadə olunur.
Alüminiumun ərintiləri yaxşı texnolojiliyə, az sıxlığa, plastikliyə malik olub, korroziyaya qarşı yüksək dayanıqlıdır. Bu xassələrə görə də aviasiyada, gəmiqayırmada, inşaatdsa və digər sənaye sahələrində istifadə olunur.