Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə8/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Maqnezium. Bu metal asan alovlanır və yanma zamanı ondan yüksək istilik ayrılır. Buna görə onun tozu, nazik lentləri, xırda yonqarları və s. təhlükəli hesab olunur. Spesifik parlaqlığa malikdir. Havada oksigen təbəqəsi ilə örtüldüyünə görə rəngi tündləşir. Maqnezium aşağı ərimə temperaturuna malikdir.
Maqneziumun mexaniki xassələri çox aşağıdır. Buna görə də texnikada istifadəsi məhdduddur. Tökmə işlərində maqneziumdan yüksəkmöhkəm maqnezium çuqunu əridilərək alınır. Adətən, maqnezium aliminiumla, sinklə ərinti şəklində istifadə olunur. Alüminium onun mıhkəmliyini artırmağa imkan verir. İki markası var: Mg1 (99,92 % maqnezium) və Mg2 (99,85 % maqnezium).
Titan. Gümüşü-ağ rəngli metaldır. Çətin əriyəndir, yüngüldür, havanın təsirinə qarşı, hətta dəniz havasına qarşı dayanıqlıdır. Konstruksiya materiallarının içərisində istifadə olunmasına görə alüminiumdan, dəmirdən və maqneziumdan sonra 4-cü yeri tutur. Dəmirə nisbətən 2 dəfə, alüminiuma nisbətən isə 6 dəfə möhkəmdir. Titanın əsas xassələrinə yüksək kimyəvi dayanıqlığı və korroziyaya qarşı dayanıqlığı aiddi.Titan yüksək plastikliyə malikdir. Yaxşı döyülür, asan yayılır. Daha çox qaz trubinlərinin pərlərinin və odadavamlı poladın hazırlanması zamanı istifadə olunur.



  1. Metal ərintiləri.




  1. Metalın emal prosesləri.

Texnoloji xassələrə materialın döyülmə, (axıcılıq) tökülmə, qaynaq edilmə, kəsilmə qabiliyyəti aiddir.
Döyülmə qabiliyyəti-struktur qüsurlar əmələgəlmədən materialın plastik deformasiya qabiliyyətidir. Bu xüsusiyyətə yalnız plastik vəziyyətdə olan metal ərintiləri (polad, deformasiya olunan əlvan metal ərintiləri) malikdir. Kövrək metal ərintiləri (çuqun, tökmə əlvan metal ərintiləri), həmçinin mineral və üzvi materiallar döyülmür.
Tökülmə qabiliyyəti - materialın müəyyən ərimə temperaturunda tökülmə xassələri ilə xarakterizə olunur. Bu xassə ərinti halında olan materialın qəliblənməsinə imkan verir. Tökülmə qabiliyyəti maye axıcılıq qabiliyyəti və yığışma qabiliyyəti ilə xarakterizə olunur.
Maye axıcılıq–materialın axma qabiliyyətini xarakterizə edir. Maye hal nə qədər yüksək olarsa, qəlibləmə də bir o qədər dəqiq olar. Çuqunda bu xüsusiyyət polada və əlvan metal ərintilərinə nisbətən yüksəkdir. Mineral materiallarda isə bu xüsusiyyət yüksək olmadığı üçün onlardan sadə formalar tökülərək alınır. Üzvi materiallar (polimerlər) isə təzyiq altında tökülür.
Yığışma -ərinti bərkidikdən və soyuduqdan sonra materialın həcminin azalması deməkdir.Bu göstərici nə qədər aşağı olarsa, qəlibləmə dəqiqliyi də bir o qədər yüksək olar.
Kəsmə ilə emal –metalın kəcilərək emal olunma qabiliyyətini göstəriri. Yüksək bərkliyə malik olan metallar və ərintilər çətin kəsilir. Həmçinin, aşağı bərkliyə malik olan metallar da pis kəsilir.


  1. Yüklə 36,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin