Qeyri metal konstruksiya materialları.
Oduncaq və onun xassələri.
Anatomik quruluşunun və keyfiyyətinin müxtəlifliyinə baxmayaraq müxtəlif ağac cinslərinin elementar kimyəvi tərkibinin və hüceyrə toxumalarının eyniliyi onlara ümumi oxşar xassələr verir. Oduncağın sıxlığının yüksək olmamasına baxmayaraq ( əksər ağac cinslərində oduncağın sıxlığı 450–700 кq/m3 təşkil edir) onun liflər boyu istiqamətdə möhkəmliyi yüksəkdir. Liflər boyu istiqamətdə möhkəmliyi legirlənmiş poladın və düralüminiumun möhkəmliyindən geri qalmır.
Oduncağın bərkliyi o qədər də çox deyil O, kəsici alətlərlə yaxşı emal olunur və birləşdiriciləri ( vint, şurup, mismar, skoba) yaxşı saxlayır.
Oduncaq elastik, plastik xassələrə malikdir. Xarici təsirlər oduncaqda deformasiyalara səbəb olur. Ümumi deformasiyanın miqdarına oduncağın temperaturu və nəmliyi təsir göstərir. Oduncağın qızdırılması və nəmliyinin artırılması ümumi və plastik deformasiyanın artmasına səbəb olur. Deformasiyaya uğramış oduncağın qurudulması və soyudulması ona verilmiş formanın saxlanmasını təmin edir. Bu xassə oduncağın əyilməsi və preslənməsi zamanı istifadə olunur.
Oduncağın tərkibinə müxtəlif kimyəvi tərkibli maddələr daxildir. Bunlara sellüloz, hemisellüloza, liqnin, ekstraktiv maddələr, aşılayıcı maddələr və s. daxildir. Oduncağın əsas komponenti olan sellülozun tərkibində kimyəvi fəal maddə olan hidrooksil-OH qruplarının olması müxtəlif yapışqanların və təbəqə əmələgətirən maddələrin oduncağa yaxşı adgeziyasının olmasını təmin edir.
Oduncaq elastik, пластик xassələrə malikdir. Xarici təsirlər oduncaqda deformasiyalara səbəb olur. Ümumi deformasiyanın miqdarına oduncağın temperaturu və nəmliyi təsir göstərir. Oduncağın qızdırılması və nəmliyinin artırılması ümumi və plastik deformasiyanın artmasına səbəb olur. Deformasiyaya uğramış oduncağın qurudulması və soyudulması ona verilmiş formanın saxlanmasını təmin edir. Bu xassə oduncağın əyilməsi və preslənməsi zamanı istifadə olunur.
Əlverişli istismar şəraitində oduncaq uzunömürlüdür. Yəni, bir neçə yüz il mexaniki xassələrini dəyişmədən istifadə olunur. Bu xassəsinə görə oduncaq bir çox plastmaslardan fərqlənir.
Oduncaq aşağı istilik keçirməyə malikdir. Xüsusən, liflər eninə istiqamətdə oduncağın istilik keçirməsi aşağıdır. Onun bu xassəsi inşaatda, mebel istehsalında nəzərə alınır. Rezonans xassəsinə görə oduncaq musiqi alətlərinin istehsalında istifadə olunur.
Dostları ilə paylaş: |