Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı


ρ=m/v Metallar sıxlığına görə yüngül metallara



Yüklə 36,5 Kb.
səhifə2/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

ρ=m/v
Metallar sıxlığına görə yüngül metallaraağır metallara ayrılır. Üzvi konstruksiya materiallarının sıxlığı (oduncaq) suyun sıxlığına bərabər və ya ondan aşağı olur.
Ərimə temperaturu – kristal maddələrin (metallar və minerallar) qızdırılan zaman bərk haldan maye hala keçməsidir. Ərimə temperaturuna görə metallar asanəriyən, orta diapazonda əriyənçətinəriyən olur.
İstilikkeçirmə - materialın öz qalınlığı boyu istiliyi keçirmə qabiliyyətidir. Materialın daxilində temperatur fərqi olduqda yüksək istilik enerjisi daha soyuq tərəfə ötürülür. Temperaturun ötürülməsi maddənin molekullarının toqquşması nəticəsində baş verir. Proses materialın daxilində temperatur eyni olana qədər davam edir. Ən yüksək istilikkeçirmə metallardadır.
İstilikdən genişlənmə - materialın qızdırılması zamanı ölçülərini genişləndirməsinə və soyuduqda isə azaltmasına deyilir.
Elektrikkeçirmə -materialların elektirk cərəyanını keçirmə qabiliyyətidir. Təmiz metallar daha yaxşı elektrikkeçirmə qabiliyyətinə malikdir. Məs, gümüş, mis və alüminium elektriki daha yaxşı keçirir. Mineral (keramika, şüşə) və üzvi konstruksiya materialları (oduncaq) elektrik cərəyanını keçirmir.



  1. Konstruksiya materiallarının mexaniki xassələri.

Mexaniki xassələr konstruksiya materialının kənar qüvvələrin təsirinə qarşı müqavimət göstərmə qabiliyyətini xarakterizə edir. Bu xassələrə möhkəmlik, plastiklik, bərklik, elastiklik, zərbə özüllüyü, dözümlülük aiddir.
Plastiklik –materialın yükün təsiri altında öz formasını dəyişməsi və yük götürüldükdən sonra dağılma əlamətləri olmadan formasını saxlama qabiliyyətidir.
Sürtülmə -sürtücü qüvvələrin təsiri altında materialın kütləsinin və həcminin azalmasını göstərir.
Elastiklik–yükün təsiri götürüldükdən sonra materialın ilkin formasına qayıtma xassəsidir. Hər bir konstruksiya materialının elastikliyi normal elastiklik modulu ilə ölçülür və E (Mpa) ilə işarə olunur. Elastiklik modulunun yüksək qiyməti materialın sərtliyinin yüksək olmasını göstərir. Bu da onun az elastik deformasiyaya uğramasına səbəb olur.

Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin