Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə4/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Kimyəvi dayanıqlıq – materialın kimyəvi aqressiv maddələrin təsirlərinə qarşı müqavimətini xarakterizə edir. Məsələn, mineral və üzvi turşuların, qələvilərin, duzların, həlledicilərin və s. təsirinə qarşı müqavimətini göstərir.Bunlar konstruksiya materiallarına güclü təsir göstərir və onların dağılmasına səbəb olur.
Korroziyaya dayanıqlıq –metalların oksigenlə kimyəvi birləşməsinə qarşı, həmçinin ətraf mühitin aqressiv komponentlərinin təsirindən dağılmasına qarşı müqavimətidir.Korroziyaya daha yüksək dayanıqlı konstruksiya materiallarına metal ərintiləri (paslanmayan polad, bürünc, titan ərintiləri); mineral materiallar (daş, keramika, şüşə) və üzvi materiallar (plastmas) aiddir. Materialın kimyəvi dayanıqlığı nə qədər yüksək olarsa konstruksiya da bir o qədər uzunömürlü olar.


İstismar xassələri materialın müəyyən şəraitdə işləmə qabiliyyətini xarakterizə edir. İstismar xassələrinə aşağıdakılar aiddir:
-yeyilməyə dayanıqlıq (materialın xarici sürtünmə nəticəsində səthinin dağılmasına səbəb olan müqavimət);
-korroziyaya dayanıqlıq (materialın aqressiv turşu, qələvi mühitə qarşı dayanıqlığı);
-istiliyə davamlılıq (materialın yüksək temperaturda xassələrini saxlama qabiliyyəti);
-soyuğa dayanıqlıq (mənfi temperatur zamanı materialın plastik xassələrini saxlama qabiliyyəti);



  1. Metal konstruksiya materialları.

İnşaatda ən çox istifadə olunan qara metaldır. İnşaatda başlıca olaraq qara metallar (polad və çuqun) və az miqdarda əlvan metallar istifadə olunur. Qara metallara dəmir və onların əsasında alınmış ərintilər: çuqun, polad aiddir. Qara metallar tərkibində olan karbonun miqdarına görə fərqlənir: çuqunda 2%-dən yuxarı, poladda 0,01%-dən 2%-ə qədər olur. İnşaatda tərkibində 0,09-0,37% karbon olan polad istifadə olunur. Karbon poladın möhkəmlik həddini artırır və onun plastikliyini aşağı salır. İnşaat poladının tərkibində karbonla yanaşı manqan, xrom, kükürd və fosfor var. Həmçinin,inşaat poladının tərkibində 2,5%-ə qədər leqirlənmiş əlavələr olur. Bunlar poladın möhkəmliyini və korroziyaya dayanıqlığını artırır.
Metallurgiya sənayesinin istehsal etdiyi polad texniki xassələrə və təyinatına görə aşağıdakı markalarda olur: Ст3пс2, Ст3сп2, Ст3пс4, Ст3сп4. Bununla yanaşı körpü tikintisi, relslər, alətlər və s. üçün poladlar da mövcuddur. İnşaatda daha çox istifadə olunan Ст3 markalı polad plastiklik xassəsinə malik olub, yaxşı qaynaq olunur, kifayət qədər yüksək möhkəmlik göstəricilərinə malikdir.



  1. Polad.

Dəmir ərintiləri tərkibində karbon olduğuna görə qara metallar adlanır. Karbonun miqdarına görə ərintilər polada və çuquna ayrılır. Tərkibində karbonun miqdarı 2%-ə qədər olan dəmir-karbon ərintilərinə polad deyilir. Karbon ərintiyə möhkəmlik və bərklik verir. Yüksək elastiklik xassələrinə görə polad maşınqayırmada, cihazqayırmada geniş istifadə olunur. Polad təyinatına, kimyəvi tərkibinə, keyfiyyətinə və strukturuna görə təsnifatlaşdırılır. Digər metal materiallara nisbətən polad daha geniş istifadə olunur. Polad optimal mexaniki, texnoloji və istismar xassələrinə malikdir. Konstruksiya poladları özü də kimyəvi tərkibinə, keyfiyyətinə, strukturuna, möhkəmliyinə və təyinatına görə təsnifatlaşdırılır. Kimyəvi tərkibinə görə konstruksiya poladları karbonlu və legirlənmiş poladlara ayrılır. Karbonun miqdarına görə poladlar aşağıkarbonlu, ortakarbonlu və yüksəkkarbonlu olur. Legirləmə elementləri poladın konstruktiv möhkəmliyini artırmaq üçün əlavə olunur. Legirləmə üçün adətən, molibden, manqan, xrom, silisium, nikel, vanadium və s. istifadə olunur. Legirlənmiş poladlar inşaatda (aşağı legirli) və maşınqayırmada (yüksəklegirli) geniş istifadə olunur. Alət üçün poladlar kəsici alətlərin, ştampların (möhür) və nəzarət-ölçü alətlərinin hazırlanması üçün nəzərdə tutulur. Polad əsasən ağ çuqundan və polad qırıntılarından metallurgiya aqreqatlarında və elektrik sobalarında alınır.

Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin