Yerlərin bronlaşdırması və turizm xidmətlərinin göstərilməsi qaydaları Turizm xidmətlərinin bron edilməsi Agentliyin elektron ünvanı və ya Agentliyin internet resursu vasitəsilə Sifarişçinin göndərdiyi sifariş əsasında həyata keçirilir.
Tərəflər razılığa gəlirlər ki, Sifarişçi tərəfindən göndərilən turistlərin qəbulu aşağıdakı məlumatları özündə əks etdirən sifarişlər əsasında Agentlik tərəfindən həyata keçirilir:
Otaqların kateqoriyalarına görə bron edilən yerlərin sayı;
Bron edilən yerlərin istifadə müddətləri (tarixlər);
Çatma və getmə tarixləri;
Nəqliyyat növü;
Turizm məhsulunu təşkil edən turizm xidmətlərinin tam siyahısı;
Oteldə yerləşdirməni göstərməklə turistlərin siyahısı.