Tərəflərin öhdəlikləri Agentlik turizm qrupları və fərdi səyahət edən turistlər üçün Agentliyin www.visit-azerbaijan.com saytında dərc edilmiş və öncədən sifriş olunmuş hazırkı müqavilənin ayrılmaz hissəsi olan turizm xidmətlərinin siyahısını Sifarişçiyə təqdim edir.
Sifarişçi turizm xidmətlərinin rəsmiləşdirilməsi üçün zəruri olan bütün məlumatları və seçilmiş xidmətlərin bron edilməsi üçün sifarişi təqdim edir. Müqavilədə göstərilən müddət ərzində, təqdim edilmiş hesab üzrə Sifarişçi tərəfindən ödənişin həyata keçirilməsi sifariş edilmiş xidmətlərin bron edilməsini təsdiq edir. Sifarişçi seçilmiş xidmətlər üzrə ödəniş edir və Agentlik ödəniş faktını və Sifarişçi tərəfindən müqavilə şərtlərinin qəbul edilməsini təsdiq edən maliyyə sənədini alır.
Əgər turun mövcud şərtləri dəyişərsə, Sifarişçi, Agentliyə cərimə sanksiyalarını ödəmədən xidmətlərdən imtina etmək hüququna malikdir. Tərəflər tur şərtlərinin aşağıdakı dəyişikliklərinin əhəmiyyətli dəyişiklik olmaları haqda razılığa gəldilər:
Turizm xidmətlərinin göstərilməsi müddətlərinin dəyişməsi;
Xidmətlərin göstərilmə yerinə turistlərin çatdırılması üçün zəruri olan nəqliyyat xidmətləri üzrə tariflərin gözlənilməz surətdə artması;
Tərəflərin milli valyuta kurslarının biri-birlərinə qarşı, həmçinin tərəflərdən birinin valyuta kursunun ABŞ dollarına və AVROya qarşı kəskin dəyişməsi.
Sifarişçi aşağıdakı öhdəliklərə malikdir və aşağıdakılar üzrə məsuliyyət daşıyır: Agentlik tərəfindən təqdim edilmiş informasiyaya ciddi şəkildə riayət etməklə, yola düşmə və mənzilbaşına çatmanın tarixi, vaxtı, həmçinin təyinat yeri, tur proqramı, turun mövcud şərtləri, getdikləri ölkə, həmin ölkədəki davranış qaydaları haqda məlumatlara turistləri təchiz etməyi; turizm xidmətlərinin göstərilməsi üçün turistləri lazımi sənədlərlə və getdikləri ölkədə turizm xidmətlərinin proqramı ilə təchiz etməyi.
Agentin müəyyən etdiyi həcmdə və mövcüd olan reklam və marketing materialları ilə (broşurlar,kataloqlar, CD, DVD, disaynlar, şablonlar və s.) Sifarişçini pulsuz təmin etmək. Sifarişçi, radio, televiziya və ya internetdə istənilən marketing və reklam materiallarını Agentliyin yazılı icazəsi olmadan istifadə etmir. Bu bəndin hər hansı şəkildə pozulması, Sifarişçinin hər hansı bir digər hüquqlarına xələl gətirmədən Agentliyə bu müqaviləni dərhal ləğv etmək hüququ verilir.