İslam fəlsəfəsİnİn
ən yenİ tarİxİ
Tədqiqatımızın ilk hissəsi islam düşüncəsinin dünənini – tarixini ehtiva edir. Təəssüfləndirici haldır ki, bu tarix artıq neçə əsrlərdir ki, tarixi keçmişi öyrənməklə yazılır. Əsrlər boyu islam fəlsəfəsi arxaya baxa-baxa irəliləmək taktikasını mənimsəyib. Bunu nəzərə alaraq, araşdırmanın ikinci hissəsi islam fəlsəfəsinin ən yeni tarixinə həsr edilib. Əslində bu, çox geniş və mürəkkəb bir mövzudur və bizim təqdim etdiyimiz hər istiqamət, hər filosof ayrıca bir tədqiqatın obyektidir. Belə kiçik həcmli bir əsərdə isə biz yalnız islam fəlsəfəsinin ən yeni tarixinin əsas ideya istiqamətlərinin və ümumi konturlarını təyin etməyə cəhd göstərəcəyik.
İslam fəlsəfəsinin, ümumiyyətlə islam düşüncəsinin bu günü bir çox alim və filosofun diqqət mərkəzindədir. Onlar günün reallığından çıxış edərək axtarışlar aparır, ideyalar irəli sürürlər ki, bu addımlardan hər birinin öz dəyəri, öz əhəmiyyəti vardır.
Hazırda Qərb düşüncəsi dünya fəlsəfəsində aparıcı mövqe tutduğuna görə, islam düşüncəsinin ən yeni tarixində də bu fakt əhəmiyyətli rol oynayır.
Mütəfəkkir və tədqiqatçıların ideya və məqsədlərini, təklif etdikləri əsas inkişaf istiqamətləri nəzərə alaraq onları şərti olaraq üç qola ayırmaq mümkündür:
Dostları ilə paylaş: |